Azerbaijan Energy Regulatory Agency

Hesabatlıq sektorunun baş mütəxəssisi

Azerbaijan Energy Regulatory Agency
Ə/h razılaşma ilə
939
Tam iş günü
Bakı, Azərbaycan
30.09.2025 02:21 - 30.10.2025 12:00

İş haqqında məlumat

  • Aylıq, rüblük və illik idarəetmə hesabatlarını və maliyyə modellərini hazırlamaq, müxtəlif maliyyə təhlillərini aparmaq və nəticələri təqdim etmək;
  • Layihələrdə maliyyə təhlili ilə iştirak edərək qərarvermə prosesinə töhfə vermək;
  • Müvəkkil kredit təşkilatlarından daxil olan məlumatları qəbul etmək və onların hesabatını aparmaq;
  • Vəsaitdən təyinatı üzrə istifadə olunmasına nəzarət prosesində iştirak etmək;
  • Yeni qanunvericilik aktlarını izləmək və tətbiqi ilə bağlı təkliflər hazırlamaq;
  • Layihə icraçıları tərəfindən təqdim olunan dövri və yekun hesabatları təhlil edib məlumatların doğruluğunu yoxlamaq və qiymətləndirmə aparmaq;
  • Layihənin icrası dövründə onun monitorinqinə qatılmaq və texniki dəqiqləşdirmələr üçün sahə ziyarətlərində iştirak etmək;
  • Enerji effektivliyi sahəsində beynəlxalq və yerli maliyyələşdirmə mexanizmlərinin araşdırmaq;
  • İctimaiyyət və maraqlı tərəflər üçün təqdim ediləcək hesabatların vizual, aydın və əlçatan formada tərtib edilməsini təmin etmək;
  • Sektorun fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək;
  • Sahəsinə uyğun normativ sənədlərin hazırlanması və ya hazırlanmasında iştirak etmək;
  • Maliyyə risklərinin təhlili prosesində lazımi hesabatlıqların tərtib edilməsi, digər məlumatların analizlərinin həyata keçirilməsi;
  • Hesabatlıq sahəsində beynəlxalq təcrübəni öyrənmək və onun tətbiqi imkanlarını araşdırmaq;
  • Departamentin Əsasnaməsinə uyğun olaraq  müəyyən edilmiş vəzifələrin icrasının həyata keçirilməsi.

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (CV-lərini) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Enerji effektivliyi departamenti – Hesabatlıq sektorunun baş mütəxəssis) qeyd edin. 

Tələblər

  • Ali iqtisadi təhsil;
  • Maliyyə analizi, risklərin idarə edilməsi və ya bank işi sahəsində minimum 4 il iş təcrübəsi;
  • MS Office (xüsusilə yüksək səviyyədə Excel bilikləri) proqramlarından istifadə bacarığı;
  • Azərbaycan dilini səlis bilməli, ingilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır;
  • Enerji effektivliyi və ya yaşıl maliyyə sahəsində anlayış və maraq;
  • ACCA F3, FMVA və ya CFA sertifikatının olması arzuolunandır;
  • Maliyyə prinsipləri, korporativ maliyyə və analitik təhlil sahəsində dərin biliklər.