Azerbaijan Energy Regulatory Agency

Hesabatlıq sektorunun baş mütəxəssisi (Enerji effektivliyi departamenti)

Azerbaijan Energy Regulatory Agency
Ə/h razılaşma ilə
13151
Tam iş günü
Bakı, Azərbaycan
31/10/2025 - 30/11/2025

İş haqqında məlumat

  • Aylıq, rüblük və illik idarəetmə hesabatlarını və maliyyə modellərini hazırlamaq, müxtəlif maliyyə təhlillərini aparmaq və nəticələri təqdim etmək; 
  • Layihələrdə maliyyə təhlili ilə iştirak edərək qərarvermə prosesinə töhfə vermək; 
  • Müvəkkil kredit təşkilatlarından daxil olan məlumatları qəbul etmək və onların hesabatını aparmaq; 
  • Vəsaitdən təyinatı üzrə istifadə olunmasına nəzarət prosesində iştirak etmək; 
  • Yeni qanunvericilik aktlarını izləmək və tətbiqi ilə bağlı təkliflər hazırlamaq; 
  • Layihə icraçıları tərəfindən təqdim olunan dövri və yekun hesabatları təhlil edib məlumatların doğruluğunu yoxlamaq və qiymətləndirmə aparmaq; 
  • Layihənin icrası dövründə onun monitorinqinə qatılmaq və texniki dəqiqləşdirmələr üçün sahə ziyarətlərində iştirak etmək;
  • Enerji effektivliyi sahəsində beynəlxalq və yerli maliyyələşdirmə mexanizmlərinin araşdırmaq; 
  • İctimaiyyət və maraqlı tərəflər üçün təqdim ediləcək hesabatların vizual, aydın və əlçatan formada tərtib edilməsini təmin etmək; 
  • Sektorun fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək; 
  • Sahəsinə uyğun normativ sənədlərin hazırlanması və ya hazırlanmasında iştirak etmək; 
  • Maliyyə risklərinin təhlili prosesində lazımi hesabatlıqların tərtib edilməsi, digər məlumatların analizlərinin həyata keçirilməsi; 
  • Hesabatlıq sahəsində beynəlxalq təcrübəni öyrənmək və onun tətbiqi imkanlarını araşdırmaq; 
  • Departamentin Əsasnaməsinə uyğun olaraq müəyyən edilmiş vəzifələrin icrasının həyata keçirilməsi;

Tələblər

  • Ali iqtisadi təhsil; 
  • Maliyyə analizi, risklərin idarə edilməsi və ya bank işi sahəsində minimum 4 il iş təcrübəsi. 
  • MS Office (xüsusilə yüksək səviyyədə Excel bilikləri) proqramlarından istifadə bacarığı. 
  • Azərbaycan dilini səlis bilməli, ingilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır. 
  • Enerji effektivliyi və ya yaşıl maliyyə sahəsində anlayış və maraq. 
  • ACCA F3, FMVA və ya CFA sertifikatının olması arzuolunandır. 
  • Maliyyə prinsipləri, korporativ maliyyə və analitik təhlil sahəsində dərin biliklər.