Bakı,
Azərbaycan
02/12/2025
-
02/01/2026
İş haqqında məlumat
- Debitor hesabatın hazırlanması, yoxlanılması və göndərilməsi;
- Debitor borcların izlənilməsi və müştərilərlə kommunikasiya qurmaq;
- Debitor müştərilərin hesablaşmaları və aktlarının hazırlanması, müştərilərə təqdim edilməsi;
- Vergilər Nazirliyinin müraciəti əsasında müştərilərlə bağlı sənədlərin yığılması, skan edilməsi və göndərilməsi (müqavilə, bank çıxarışı, vergi hesab fakturaların və hesab fakturalar);
- Fakturalar və ödənişlər ilə bağlı müxtəlif reyesterlərin yığılması, qeydiyyatın aparılması;
- Büdcənin təhlilində iştirak və müvafiq hesabatların hazırlanması.
Tələblər
- Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit və s.);
- Maliyyə sahəsində 1 ilədək iş təcrübəsi üstünlükdür;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri; İngilis dili biliyi üstünlükdür;
- Komputer bilikləri: Yüksək səviyyədə Word, Excel, Outlook; Orta səviyyədə 1C bilikləri ;
- Yüksək kommunikasiya bacarığı
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
- Peşəkarlıq tələbləri:
- Dəqiq və diqqətli,
- Ciddi və məsuliyyətli,
- Analitik qabiliyyətə, təqdim etmə bacarıqlarına malik olmaq;
- Təhlil qabiliyyəti,
- Problem həll etmə bacarığı,
- Verilən tapşırıqları zamanında təhvil vermə,
- Öyrənmək, öyrətmək bacarıqları olmalıdır.
Göstərilən tələblərə uyğun namizədlər CV formalarını "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər. CV-lərin qəbulu üçün son tarix 5 yanvar 2026-cı il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hesabatlıq üzrə kiçik mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur.Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat (servis) xidməti göstərilir).