

Hesabatvermə, Büdcələmə və Büdcəyə nəzarət üzrə mütəxəssis
Sirab ASC
Ə/h razılaşma ilə
1312
Tam iş günü
Xırdalan,
Azərbaycan
23.06.2025 21:48
-
23.07.2025 12:00
İş haqqında məlumat
- Strateji məqsədlər və fəaliyyət planına uyğun olaraq dövri və illik büdcə hesabatlarının təkmilləşdirilməsi və vahidləşdirilməsi;
- Qısa və uzun müddətli maliyyə proqnozlarının hazırlanmasına dəstək vermək;
- Aylıq, rüblük və illik büdcə göstəriciləri ilə faktiki nəticələrin müqayisəli təhlili;
- Maliyyə hesabatlarının yerli və beynəlxalq standartlara uyğun hazırlanması;
- Maliyyə və iqtisadi göstəricilər əsasında təşkilatın fəaliyyətinin dərin analizi;
- Büdcə və hesabat prosesində ortaya çıxa biləcək müxtəlif təhlillərin aparılması və müvafiq hesabatların hazırlanması;
- İdarəetmə qərarlarının dəstəklənməsi üçün vizuallaşdırılmış hesabatların tərtibi;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Korporativ telefon nömrəsi və danışıq paketi;
- Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).
Tələblər
- Maliyyə-Mühasibatlıq, İqtisadiyyat, Biznesin Təşkili və Menecment sahələrindən bakalavr dərəcəsi mütləqdir;
- MS Office proqramları (xüsusilə Excel) və Mikro proqram təminatı üzrə yüksək səviyyədə bilik və təcrübə;
- Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) üzrə F3, F7, F8 sertifikatlarına malik olmaq üstünlük təşkil edir;
- Maliyyə Modelləşdirmə və Dəyərləndirmə Analitiki (FMVA) sertifikatı arzuolunandır və əlavə dəyər gətirir;
- Maliyyə və ya mühasibatlıq sahəsində ən azı 3 il praktik təcrübə tələb olunur.