Bakı,
Azərbaycan
19.09.2025 05:12
-
19.10.2025 12:00
İş haqqında məlumat
- Restoran meneceri tərəfindən təyin edilən qaydalara əsasən rezervasiyaları qəbul və idarə etmək, masa təyinlərini düzgün həyata keçirmək;
- Təyin edilən qaydalara əsasən telefon danışıq qaydalarına riayət etmək;
- Restoran ziyarətçiləri üçün effektiv və mədəni xidmətləri təmin etmək, onlara rahat şərait yaratmaq;
- Qonaqlara yüksək səviyyədə xidmət göstərmək;
- Yeni gələn qonaqların qarşılanması,əyləşmələri üçün masalar təklif edir,onları seçdikləri masalara kimi müşayət edib,menyunu təqdim edir;
- Menyunu yaxşı bilmək və gələn qonaqlara hər hansı bir yemək barəsində dolğun məlumat vermək;
- Qonaqların problemlərini vaxtında və yüksək səviyyədə həll etmək.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi;
- İş vaxtı: Növbəli, dəyişkən.
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 500-600 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq).
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.
Müraciət üçün:
- Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Hostess” yazaraq qeyd olunan poçt ünvanına göndərmələri xahiş olunur.
- DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur.
Tələblər
- Təhsil : Minimum orta ixtisas təhsili;
- İş təcrübəsi : Bu sahədə minimum 1 il iş təcrübəsi;
- Yaş həddi: 19-35;
- Cins: Xanım;
- Azərbaycan və rus dili bilikləri mütləqdir. İngilis dili arzuolunandır.