Bakı,
Azərbaycan
26/02/2026
-
12/03/2026
İş haqqında məlumat
- Müştəriləri gülərüzlə və nəzakətlə qarşılamaq
- Masalara müşayiət etmək və menyunu təqdim etmək
- Əgər masa doludursa, müştəriləri gözləmə müddəti barədə məlumatlandırmaq
- Gələn zənglərə cavab verərək rezervasiyaları qəbul etmək və qeydiyyat aparmaq
- Onlayn və telefonla gələn sifarişləri düzgün idarə etmək
- Qonaqların xüsusi tələblərini və qeydini saxlamaq (məsələn, uşaq stolu, ad günü qeyd etməsi və s.)
- Müştərilərin ehtiyaclarını diqqətlə dinləmək və onların məmnuniyyətini təmin etməyə çalışmaq
- Şikayət və ya problem olduqda müvafiq meneceri məlumatlandırmaq
- Restoranın giriş hissəsinin təmiz və səliqəli olmasına nəzarət etmək
- Masaların doluluq vəziyyətini izləmək və masaların dönüşümünü optimallaşdırmaq
- Ofisiantlarla və mətbəx heyəti ilə koordinasiyalı işləmək
- Növbə zamanı masaların bölüşdürülməsi ilə bağlı əməkdaşlıq etmək
Şərtlər
- İş günü/saatı – həftədə 6 gün, 9 saat,
- İstirahət – həftədə 1 gün,
- Kafe Ağ şəhərdə yerləşir (yaxinda yaşayan əməkdaşlara üstünlük verilir)
- Əmək haqqı və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq.
Tələblər
- Orta təhsil,
- Müvafiq sahədə 1 il təcrübə,
- Ünsiyyətcil, təmizkarlıq, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq,
- İş vaxtı təmiz və nizamlı görünmək,
- Müştərilərə diqqətli və səbrli davranış sərgiləmək,
- Yüksək işgüzarlıq qabiliyyəti, punktuallıq və kollektivlə işləmək bacarığı,
- Azərbaycan dilini bilmək (Rus dilini bilənlərə üstünlük verilir).
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.