Honours Academy

HR Assistant

Honours Academy
Ə/h razılaşma ilə
1940
Tam iş günü
Bakı, Azərbaycan
20.10.2025 04:53 - 20.11.2025 12:00

İş haqqında məlumat

“Honours Academy” komandası gündəlik insan resursları proseslərini dəstəkləyəcək, şöbə rəhbərinə təşkilati və inzibati yardım göstərəcək İnsan Resursları üzrə Assistent (HR Assistant) axtarır. Bu vəzifə daxili HR əməliyyatlarının düzgün aparılmasına, əməkdaş məlumatlarının idarə olunmasına və ümumi koordinasiya işlərinə mühüm töhfə verir.

  • Şöbə rəhbərinin gündəlik fəaliyyətlərinə inzibati dəstək göstərmək;
  • Məzunların işlə təmin olunması proseslərində tərəfdaş şirkətlərlə koordinasiyalı çalışmaq;
  • İR sənədlərinin idarə olunması və məlumatların yenilənməsi;
  • Vakansiyaların hazırlanması, paylaşımı və namizədlərlə ilkin əlaqə;
  • Yeni əməkdaşların qarşılanması, qeydiyyat proseslərinin təşkili;
  • Davamiyyət və məzuniyyətlə bağlı qeydiyyat işlərinin aparılması;
  • Görüş və tədbirlərin texniki-təşkilati hissəsinə dəstək vermək;
  • Rəhbərlik və digər şöbələrlə gündəlik koordinasiya aparmaq.

Təklif etdiyimiz imkanlar:

  • Peşəkar və dəstəkləyici komanda mühiti;
  • Müxtəlif və aktiv iş prosesi;
  • Rəqabətli əməkhaqqı (müsahibə zamanı müəyyən olunacaq);
  • Performansa əsaslanan bonus sistemi;
  • Peşəkar inkişaf və yüksəliş imkanları.

İş qrafik:

  • Həftədə 6 gün;
  • İstirahət günü: Çərşənbə axşamı;
  • Həftəiçi: 11:00 – 20:00;
  • Həftəsonu: 09:00 – 18:00.

Müraciət qaydası:

CV-nizi və qısa motivasiya məktubunuzu Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində “HR Assistant” qeyd edin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

  • İnsan resursları və ya inzibati sahədə ən azı 1 il iş təcrübəsi;
  • Yüksək təşkilatçılıq və məsuliyyət hissi;
  • Peşəkar yazışma və sənədləşmə bacarıqları;
  • “Google Workspace” (“Docs”, “Sheets”, “Forms” və s.) ilə işləmək bacarığı;
  • Diqqətli, çevik və məxfi məlumatlarla işləməyə etibarlı yanaşma.


Oxşar vakansiyalar