Ləzzət Qida Sənaye

HR Direktor

Ləzzət Qida Sənaye
Ə/h razılaşma ilə
831
Tam iş günü
Bakı, Azərbaycan
03/03/2026 - 17/03/2026

İş haqqında məlumat

  • Strateji Planlaşdırma: Şirkətin biznes hədəflərinə çatmaq üçün HR strategiyasını və büdcəsini hazırlamaq.
  • İşə Qəbul və İnteqrasiya: Yüksək ixtisaslı kadrların cəlb edilməsi prosesinə rəhbərlik etmək və effektiv adaptasiya (onboarding) sistemini qurmaq.
  • Təşkilati Strukturun Yenidən Qurulması: Qrupdaxili bütün şirkətlərin təşkilati strukturunu təhlil etmək, mövcud boşluqları müəyyən etmək və effektiv, çevik bir struktur dizayn etmək.
  • Vəzifə Standartizasiyası (Grading): Şirkətlər arasındakı vəzifə adlarını, dərəcələrini (mütəxəssis, aparıcı mütəxəssis, menecer və s.) və öhdəliklərini bir-birinə uyğunlaşdırmaq (cross-company alignment).
  • Mərkəzləşdirilmiş HR Siyasəti: Bütün qrup şirkətlərində eyni işə qəbul, adaptasiya və işdənçıxış prosedurlarının tətbiq olunmasını təmin etmək.
  • Korporativ Mədəniyyət: Şirkət daxili etik qaydaların, nizam-intizam qaydalarının tətbiqi və korporativ ruhun yüksəldilməsi.
  • Performans və KPI Sistemi: Vahid qiymətləndirmə meyarlarını müəyyən edərək, hər bir şirkətdə fəaliyyət effektivliyini ölçüləbilir hala gətirmək.
  • İşçi Axınının İdarə Edilməsi: Qrup daxilində daxili rotasiya və karyera yüksəlişi imkanlarını yaradaraq, kadr ehtiyatının (talent pool) səmərəli istifadəsini təmin etmək.
  • Təlim və İnkişaf: Şirkət daxili təlim ehtiyaclarını müəyyən etmək və kadrların peşəkar inkişaf planlarını hazırlamaq.

İş Şəraiti

  • İş Qrafiki: Həftəlik 5 iş günü (09:00 - 18:00).
  • Məkan: Baş Ofis (Qrup şirkətlərinə mütəmadi baş çəkmə imkanı ilə).
  • Əmək haqqı razılaşma yolu ilə

Tələblər

  • Təhsil Ali təhsil (Biznesin idarə edilməsi, HR və ya idarəetmə sahəsində olması üstünlükdür)
  • Təcrübə İnsan Resursları sahəsində minimum 6 il (ən azı 2-3 il rəhbər vəzifədə) peşəkar təcrübə.
  • Xüsusi Bacarıq Təşkilati dizayn və struktur quruculuğu (OD - Organizational Development) sahəsində praktiki təcrübə mütləqdir.
  • Qanunvericilik AR Əmək Məcəlləsinin mükəmməl səviyyədə tətbiq bacarığı.
  • Liderlik Çoxşaxəli komandaları idarəetmə və dəyişikliklərin idarə olunması (Change Management) bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar