Imago medical systems
2000 ₼
2836
Tam iş günü
Bakı, Azərbaycan
23.09.2025 03:04 - 23.10.2025 12:00

İş haqqında məlumat

  • Namizədlərin axtarışı, ilkin seçimlərin aparılması və müsahibələrin təşkilində iştirak etmək;
  • Yeni əməkdaşların sənədlərinin yoxlanılması və rəsmiləşmə proseslərinin əlaqələndirilməsi;
  • Ştat cədvəlinə uyğun olaraq əməkdaş sayına nəzarət etmək;
  • Müraciətlərin təhlili, uyğun namizədlərin test və/və ya müsahibə mərhələsinə dəvət olunması;
  • Çıxış müsahibələrinin keçirilməsi və nəticələrin təhlili;
  • EMAS və İSB portallarında əməliyyatların icrası;
  • Əmək Məcəlləsinə uyğun işə qəbul, işdən azad olunma, yerdəyişmə, vəzifə irəliləyişlərinin rəsmiləşdirilməsi; şəxsi işlərin hazırlanması; elektron əmək müqavilələrinin təsdiqinə nəzarət;
  • Performansın idarə edilməsi və əməkdaşların qiymətləndirilməsi sistemlərinin təşkilində iştirak;
  • Məzuniyyət uçotunun aparılması və qrafikə riayət olunmasına nəzarət;
  • Kadr əmrlərinin hazırlanması; vəzifə təlimatlarının tərtibi və təsdiqi;
  • Davamiyyət uçotuna nəzarət və mühasibatlığa təqdim edilməsi;
  • Xəstəlik vərəqələrinin qeydiyyatı və uçotu;
  • Arayışlar, yazışmalar və digər sənədlərin hazırlanması;
  • Təlim ehtiyaclarının müəyyən edilməsi və inkişaf fəaliyyətlərinin planlaşdırılması;
  • Şirkət mədəniyyəti və təşkilati dəyişiklik layihələrinin təşəbbüsü;
  • Rəhbərliyin tapşırıqlarına əsasən hesabatların hazırlanması və digər HR işlərinin icrası.

İş şəraiti:

  • Əmək haqqı: 2000 AZN
  • İş rejimi: B.e.–C.a. (1–5 günlər), saat 09:00–18:00

Maraqlanan namizədlər mövzu hissəsində HR Manager qeyd etməklə CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat və ya İnsan Resursları sahəsi üstünlükdür);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə praktiki biliklər;
  • MS Office və 1C proqramlarında biliklər;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Rus və İngilis dillərində sərbəst bilik;
  • Güclü ünsiyyət bacarıqları, məsuliyyətli və komandada işləmə bacarığı.


Oxşar vakansiyalar