Titan Group

HR Manager

Titan Group
Ə/h razılaşma ilə
6556
Tam iş günü
Bakı, Azərbaycan
12/02/2026 - 26/02/2026

İş haqqında məlumat

Titan Group sənaye soyutma sistemləri, sendviç panellər, iri həcmli mətbəx avadanlıqlarının istehsalı və quraşdırılması sahəsində fəaliyyət göstərə şirkətdir. Hazırda şirkət strukturlaşma və inkişaf mərhələsindədir. İnsan resursları sisteminin gücləndirilməsi və performans əsaslı idarəetmə modelinin tətbiqi məqsədilə təcrübəli HR Manager axtarılır.

  • Şirkətin HR strategiyasının hazırlanması və tətbiqi
  • Təşkilati strukturun optimallaşdırılması və vəzifə təlimatlarının hazırlanması
  • İşə qəbul prosesinin tam idarə olunması (vakansiya, müsahibə, seçim, onboarding)
  • KPI və performans qiymətləndirmə sisteminin qurulması və tətbiqi
  • Bonus və motivasiya mexanizmlərinin hazırlanması
  • Əmək müqavilələrinin və şəxsi işlərin qanunvericiliyə uyğun aparılması
  • Ştat cədvəlinin və əmək haqqı fondunun nəzarətdə saxlanılması
  • Təlim və inkişaf planlarının hazırlanması
  • HR hesabatlarının hazırlanması 
  • Korporativ mədəniyyətin formalaşdırılması və intizam qaydalarına nəzarət

Tələblər

  • HR sahəsində minimum 3 il iş təcrübəsi
  • İstehsal və ya iri şirkətdə iş təcrübəsi üstünlükdür
  • Əmək qanunvericiliyini yaxşı bilməli
  • Performans və KPI sistemləri ilə işləmə təcrübəsi
  • Analitik düşüncə və hesabat bacarığı
  • MS Office proqramlarını yüksək səviyyədə bilməli
  • ERP və ya HRM sistemləri ilə işləmə təcrübəsi üstünlükdür
  • Liderlik və komanda idarəetmə bacarığı
  • Azərbaycan dili sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.