Bakı,
Azərbaycan
23/12/2025
-
06/01/2026
İş haqqında məlumat
- HR strategiyasının tibbi müəssisənin biznes planlarına uyğunlaşdırılması.
- Daxili intizam qaydalarının, vəzifə təlimatlarının yazılması və yenilənməsi.
- Tibbi heyətin (həkim, orta və kiçik tibbi heyət) əməyinin ödənilməsi və bonus sistemlərinin (məsələn: qəbul sayına və ya prosedurlara əsaslanan sistem) qurulması.
- Spesifik sahə həkimlərinin (məsələn: radioloq, cərrah və s.) və dar ixtisaslı mütəxəssislərin tapılması üçün aktiv "headhunting" fəaliyyəti.
- Yeni işə alınan tibbi heyətin klinikanın daxili prosedurlarına, sterilizasiya və xəstə məmnuniyyəti standartlarına uyğun adaptasiya proqramının icrası.
- Azərbaycan Respublikası Əmək Məcəlləsi və "Əmək və Məşğulluq" (EMAS) altsistemi ilə tam işləmək.
- Tibb işçilərinin Sertifikasiya sənədlərinin, xarici diplomların nostrifikasiyasının və iş icazələrinin vaxtında yoxlanılması.
- Məzuniyyət qrafiklərinin və növbəli iş cədvəllərinin (həkimlərin növbətçilik sistemi) idarə olunması.
- Tibbi heyət üçün "Xəstə ilə ünsiyyət", "Stressin idarə olunması" və "Tibbi Etika" mövzularında daxili təlimlərin təşkili.
- Həkimlərin illik təkmilləşdirmə kursları və elmi konfranslarda iştirakının baş həkimlə birlikdə planlaşdırılması.
İş şərtləri:
- ƏM-nə uyğun rəsmiləşdirilmə
- 6 günlük iş qrafiki
- Əmək haqqı razılaşdırılma yolu ilə
Tələblər
- Ali təhsil (İqtisadiyyat, İdarəetmə və ya Psixologiya sahəsində ali təhsil (MBA və ya HR sertifikatları - SHRM, CIPD üstünlükdür).
- Azərbaycan və rus dilləri yüksək səviyyə, ingilis dili arzu olunandır
- HR sahəsində minimum 3-5 il, o cümlədən tibb və ya xidmət sektorunda minimum 2 il rəhbər təcrübəsi.
- AR Əmək Məcəlləsini mükəmməl səviyyədə bilmək.
- Səhiyyə qanunvericiliyi (icbari tibbi sığorta, xəstəxanadaxili qaydalar) haqqında məlumatlılıq.
- Fonet və MS Office proqramlarından sərbəst işləmək bacarığı
- Yüksək emosional intellekt, böhran anında qərar vermə, konfliktlərin neytrallaşdırılması.
Müraciət üçün: CV-nizi “HR menecer” mövzusu, şirkətin adı qeyd olunmaqla "CV göndər📤" düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur .