PJA MMC

HR Menecer

PJA MMC
Ə/h razılaşma ilə
579
Tam iş günü
Bakı, Azərbaycan
07/04/2026 - 21/04/2026

İş haqqında məlumat

PJA MMC iaşə xidmətləri sahəsində fəaliyyət göstərən çoxbrendli şirkətdir. Şirkət Papa Johns Azerbaijan, LVIV Şokolad Evi və Bursa Kebap Evi brendləri üzrə idarəetmə və əməliyyat fəaliyyətini həyata keçirir. Hazırda İnsan Resursları komandasına peşəkar, sistemli və nəticəyönümlü HR Menecer axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Şirkətin HR proseslərinin gündəlik idarə olunmasını təmin etmək; 
  • Vakansiyaların yerləşdirilməsi, namizədlərin seçimi, müsahibələrin təşkili və işə qəbul prosesini koordinasiya etmək; 
  • Yeni əməkdaşların onboarding və adaptasiya prosesinə nəzarət etmək; 
  • Əmək müqavilələri, kadr sənədləri, əmrlər, məzuniyyət, tabel, iş vaxtının uçotu və digər HR sənədləşmələrinin düzgün aparılmasını təmin etmək; 
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğunluğun təmin edilməsinə nəzarət etmək; 
  • ƏMAS,İSB, 1C və digər HR uçot sistemlərində əməliyyatların düzgün və vaxtında icrasını izləmək; 
  • Restoran menecerləri və struktur rəhbərləri ilə koordinasiyalı işləyərək işçi heyəti üzrə planlama, əvəzlənmə, xitam, intizam və performans məsələlərini idarə etmək; 
  • Sınaq müddəti, performans izlənməsi, intizam halları və əmək münasibətləri üzrə rəhbərlərə dəstək vermək; 
  • HR hesabatlarını hazırlamaq, rəhbərliyə təqdim etmək və HR göstəricilərini izləmək; 
  • Komanda idarəçiliyi, daxili kommunikasiya və HR proseslərinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslər irəli sürmək. 

İş şəraiti:

  • İş yeri: Bakı
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • Əmək haqqı: Müsahibə əsasında

Tələblər

  • İnsan Resursları, Biznesin İdarəedilməsi, Hüquq və ya uyğun ixtisas üzrə ali təhsil; 
  • HR sahəsində minimum 5 il, HR Menecer və ya oxşar rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi; 
  • Restoran, retail, xidmət və ya çoxfiliallı strukturda iş təcrübəsinə üstünlük verilir; 
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək; 
  • ƏMAS,İSB, 1C, MS Excel və digər ofis proqramlarında işləmək bacarığı; 
  • İşə qəbul, kadr əməliyyatları, əmək münasibətləri və hesabatlılıq sahələrində praktik təcrübə; 
  • Analitik düşüncə, sistemli yanaşma, yüksək məsuliyyət hissi; 
  • Güclü kommunikasiya, təşkilatçılıq və komanda idarəetmə bacarığı; 
  • Azərbaycan dilində sərbəst, rus dili biliyi arzuolunandır.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.