Bakı,
Azərbaycan
29/01/2026
-
12/02/2026
İş haqqında məlumat
- İnsan resursları üzrə yeni layihələrin və proseslərin uğurlu başlanması üçün ilkin mərhələdə fəal iştirak və funksional dəstək göstərmək;
- Şirkətin yeni partnyorları və filialları ilə HR proseslərinə dair tələbləri və mərhələləri dəqiqləşdirmək, gündəlik əməliyyatlarda dəstək vermək;
- HR proseslərinin 1C sistemində qurulması üçün texniki komandaya tapşırıqların hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək;
- Yeni qurulmuş HR modullarını (işə qəbul, kadr uçotu, əmək haqqı və s.) test etmək, texniki nasazlıqları vaxtında aşkar edib aidiyyəti komandaya bildirmək;
- 1C-ERP sistemlərinin istifadə qaydaları ilə bağlı təlimat və sənədləri hazırlamaq və mütəmadi olaraq yeniləmək.
İş şəraiti
- İş yeri: Şirkətin ofisi;
- İş rejimi: 5 günlük iş həftəsi, iş vaxtı: 09:00 - 18:00, nahar fasiləsi 13:00-14:00
- Rəqabətli əmək haqqı, mütəmadi artım və vəzifə artımı imkanları;
- Vəzifəsi üzrə beynəlxalq peşəkar təlimlərlə təmin olunma və sertifikatlaşdırma imkanı;
- Nüfuzlu biznes təşkilatların qabaqcıl layihələrində peşəkar təcrübə qazanmaq, networking imkanı;
- Korporativ mühitdə dinamik gənc kollektivlə işləmək, peşəkar məlumat və təcrübə mübadiləsi imkanı.
Tələblər
- Ali təhsil dərəcəsi (İnsan resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi,Maliyyə, Mühasibat uçotu, Biznes informatikası və ya əlaqəli sahələr üzrə ixtisaslar üstünlük təşkil edir);
- İnsan resursları sahəsində iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilində sərbəst işgüzar yazılı və şifahi ünsiyyət bacarığı (C1), rus dili üzrə B1 səviyyəsi; İngilis dili bilikləri əlavə üstünlükdür;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə MS Excel üzrə yaxşı səviyyə tələb olunur);
- HR prosesləri və HRM/ERP sistemləri (işə qəbul, kadr uçotu, əmək haqqı, məzuniyyətlər və s.) haqqında ilkin anlayışlara malik olmaq arzuolunandır;
- Həm müstəqil şəkildə, həm də komanda daxilində effektiv çalışma qabiliyyəti;• Məsuliyyətli, intizamlı, dəqiq;
- Tapşırıqları düzgün prioritetləşdirmək, iş vaxtını və iş prosesini düzgün planlaya bilmək.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.