MEC DESIGN MMC

HSE Mühəndisi

MEC DESIGN MMC
Ə/h razılaşma ilə
239
Tam iş günü
Bakı, Azərbaycan
25/08/2026 - 25/09/2026

İş haqqında məlumat

MEC DESIGN Azərbaycanda aparıcı podratçı və fit-out şirkətlərindən biridir və yüksək səviyyəli, prestijli layihələr üçün memarlıq, MEP və təbii daş işlərinin icrasında ixtisaslaşmışdır. Mükəmməllik və innovasiyaya sadiqliyimiz çərçivəsində Bakı şəhərində komandamızı genişləndiririk.

Əsas vəzifə öhdəlikləri 

  • Tikinti və fit-out sahəsində əməyin mühafizəsi, HSE və təhlükəsizlik tələblərinin tətbiqinə və icrasına nəzarət etmək;
  • İşçilərin və sahədə fəaliyyət göstərən bütün tərəflərin müəyyən edilmiş təhlükəsizlik qaydalarına və prosedurlarına əməl etməsini təmin etmək;
  • İşə başlamazdan əvvəl risklərin müəyyənləşdirilməsini və müvafiq Risk Assessment sənədlərinin hazırlanmasını təmin etmək;
  • Risklərin aradan qaldırılması və ya minimuma endirilməsi üçün preventiv tədbirlərin müəyyənləşdirilməsinə və tətbiqinə nəzarət etmək;
  • Gündəlik sahə HSE yoxlamalarını həyata keçirmək və aşkar edilmiş təhlükəli vəziyyətlərin və potensial risklərin aradan qaldırılmasını təmin etmək;
  • Fərdi mühafizə vasitələrindən (PPE) düzgün və məcburi istifadəyə nəzarət etmək;
  • İşçilər üçün Safety Induction, Toolbox Talk və digər zəruri HSE təlimlərini keçirmək;
  • Subpodratçıların və onların işçilərinin HSE tələblərinə, təhlükəsizlik prosedurlarına və sahə qaydalarına əməl etməsinə nəzarət etmək;
  • Müştəri tərəfinin HSE departamenti ilə sıx koordinasiyada işləmək və tələb olunan HSE məlumatlarını vaxtında təqdim etmək;
  • Qəza, insident və təhlükəli hadisələri araşdırmaq, səbəblərini müəyyənləşdirmək və müvafiq hesabatları hazırlamaq;
  • Təhlükəsizlik qaydalarının pozulması və təhlükəli davranış hallarında müvafiq düzəldici və preventiv tədbirlərin görülməsini təmin etmək;
  • Sahədə müəyyən edilmiş HSE uyğunsuzluqlarının qeydiyyatını aparmaq və onların aradan qaldırılmasına nəzarət etmək;
  • Layihənin HSE planının, risk qiymətləndirmələrinin və digər təhlükəsizlik sənədlərinin hazırlanması və yenilənməsində iştirak etmək;
  • Gündəlik və həftəlik HSE hesabatlarını hazırlamaq və Construction Manager-ə təqdim etmək;
  • Sahədə HSE mədəniyyətinin formalaşdırılmasına və təhlükəsiz iş mühitinin təmin edilməsinə dəstək olmaq.

Tələblər

  • Ali təhsil — əməyin mühafizəsi, təhlükəsizlik, mühəndislik və ya əlaqəli ixtisas;
  • Tikinti və əməyin mühafizəsi / HSE sahəsində minimum 3 il müvafiq iş təcrübəsi mütləqdir;
  • Tikinti və fit-out layihələrində HSE/Safety üzrə praktiki iş təcrübəsi;
  • Azərbaycan Respublikasının əməyin mühafizəsi, əmək təhlükəsizliyi və HSE tələbləri üzrə bilik;
  • Risk Assessment və təhlükəsizlik planlarının hazırlanması və tətbiqi üzrə praktiki təcrübə;
  • Safety Induction, Toolbox Talk və digər HSE təlimlərinin keçirilməsi bacarığı;
  • Qəza və insidentlərin araşdırılması və hesabatlaşdırılması üzrə təcrübə;
  • Subpodratçıların HSE fəaliyyətinə nəzarət etmək bacarığı;
  • HSE sənədlərinin, hesabatların və texniki sənədlərin hazırlanması ilə işləmək bacarığı;
  • Güclü kommunikasiya, koordinasiya və problem həll etmə bacarığı;
  • Təhlükəli vəziyyətləri və potensial riskləri vaxtında müəyyənləşdirmək və operativ tədbir görmək bacarığı;
  • Süni intellekt (AI) alətlərindən istifadə etmək və onları HSE hesabatlarının, risk analizlərinin, sənədləşmənin və digər iş proseslərinin hazırlanmasında effektiv tətbiq etmək bacarığı;
  • Müvafiq sahə üzrə real tikinti və fit-out layihələrində sübut olunmuş praktiki iş təcrübəsi mütləqdir.
    Zəhmət olmasa CV-nizi [email protected] elektron ünvanına göndərin və məktubun mövzu hissəsində “İncə İşlər Şefi” qeyd edin.