Bakı,
Azərbaycan
26/02/2026
-
12/03/2026
İş haqqında məlumat
- Cəmiyyətin və Cəmiyyətin müştərilərinin qanuni maraqlarını müdafiə etmək;
- Müştərilərə hüquqi məsələlər haqqında məsləhət vermək;
- Effektiv ünsiyyət bacarıqları ilə müştəri ehtiyaclarını anlamaq və həll yolları təklif etmək;
- Hüquqşünasın etik qaydaları və peşə davranış standartlarına riayət etmək;
- Hüquqi məsələlər haqqında dəqiq və geniş tədqiqat aparmaq;
- Hüquqi problemləri təhlil etmək və məntiqli həll yolları tapmaq;
- Hüquqi məsələlərin dərin təhlili və araşdırılması;
- Hüquqi sənədlərin, müqavilələrin, məhkəmə ərizələrinin və digər hüquqi yazışmaların düzgün və aydın şəkildə hazırlanması;
- Təqdim edilmiş müqavilələrin hüquqi ekspertizasını keçirmək və hüquqi rəy vermək;
- Hüquqi şəxsin təsis sənədlərini və qanunvericiliyə uyğun olaraq digər zəruri sənədlərin hazırlanması;
- Azərbaycan Respublikasının qanunları ilə bağlı arayışların hazırlanması;
- Əqli mülkiyyət obyektlərinin (ticarət markalarının, ixtiraların, sənaye nümunələrinin, faydalı modellərin, əmtəə nişanlarının) qeydiyyata alınması üçün zəruri sənədlərin hazırlanması və müvafiq qurumlara təqdim olunması;
- Qeydiyyata alınmış əqli mülkiyyətin müdafiəsi ilə əlaqədar müvafiq qurumlarda müştərinin hüquq və mənafelərinin müdafiə olunması;
- Bu vəzifələrin icrası ilə əlaqədar digər öhdəliklərin icra edilməsi;
- Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
İş şəraiti:
- İş saatları: 09:00-18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- İstirahət günləri: Şənbə, Bazar;
- Əmək haqqı: 750 – 1500 AZN (müsahibə əsasında);
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul və sənədləşmə.
Tələblər
- İş təcrübəsi: Hüquq sahəsində ən azı 3 (üç) il praktiki iş təcrübəsi;
- Təhsili/ixtisası: Hüquq sahəsi üzrə bakalavr dərəcəsi;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili əla.
Fərdi keyfiyyət tələbləri:
- Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, analitik düşünmə, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat toplama bacarığı, işdə dəqiqlik və detallara fikir vermə, yüksək qavrama və öyrənmə qabiliyyəti.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.