BERC Group MMC

Hüquq şöbəsinə “kiçik hüquqşünas”

BERC Group MMC
Ə/h razılaşma ilə
250
Tam iş günü
Bakı, Azərbaycan
19/11/2025 - 19/12/2025

İş haqqında məlumat

  • Tələb olunan müqavilələrin, hüquqi məsələlərlə bağlı məktubların, ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması;
  • Təqdim edilmiş müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəyin yazılması;
  • Hüquqi şəxsin təsis sənədlərinin və qanunvericlik əsasında digər zəruri sənədlərinin hazırlanması;
  • Əmək qanunvericliyinə əsasən zəruri sənədlərin hazırlanması;
  • Müəssisədaxili fəaliyyəti tənzimləyən normativ sənədlərə düzəliş və əlavələr edilməsi barədə təkliflərin hazırlanması;
  • Müdafiə və ya ittiham xarakterli məhkəmə işlərinin məqsədəuyğunluğunu müəyyən etmək üçün hüquqi sənədləri nəzərdən keçirilməsi və hüquqi rəyin hazırlanması;
  • İddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin yazılması;
  • Məhkəmələrdə və ya dövlət orqanları qarşısında Cəmiyyətin təmsil edilməsi, cəmiyyətin və ya cəmiyyətin əməkdaşlıq etdiyi şəxslərin icrası bitmiş məhkəmə işlərinin hesabatlarının hazırlanması;
  • Əqli mülkiyyət qanunlarına, Miqrasiya Məcəlləsinə, Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən olunmuş hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi icazə (lisenziya) sənədlərin alınması üçün müvafiq sənədlərin hazırlanması və müvafiq qurumlara müraciətin edilməsi, Cəmiyyətin təmsil olunması;
  • Rəhbərliyin hüquqi işlərlə əlaqəli vermiş olduğu təlimatlarının yerinə yetirilməsi.

BERC Group MMC sizə nə vəd edir?

  • Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan daimi ştatda iş rejimi yaxud layihə əsaslı iş rejimi;
  • Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı ;
  • Rəqabət qabiliyyətli əmək və ya xidmət haqqı
  • Korporativ nömrə və danışıq paketi
  • Nahar şirkət tərəfindən qarşılanır
  • İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı)

Qeyd olunan tələblərə uyğun gələn namizədlər Müraciət Et düyməsində göstərilən link vasitəsilə qeydiyyatdan keçə bilərik. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin ediləcəkdir.

Qeyd: İlkin müraciətlər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.

Tələblər

  • Hüquq fakultəsi üzrə bakalavr ali təhsili;
  • Azərbaycan Respublikası Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək Məcələləri üzrə yüksək səviyyədə bilməli;
  • Layihə hazırlamaq, hüquqi təhlil və danışıqlar aparmaq bacarığı;
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Word yüksək səviyyədə bilməli;
  • Hüquq sahəsi üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir.

Dil bilikləri:

  • Azərbaycan və rus dillərində sərbəst və səlist danışıq və yazı yazmaq bacarığı (ingilis dili üstünlükdür).

Bacarıq və səriştələr:

  • Ünsiyyətcil olmalı;
  • Komanda ruhlu olmalı;
  • Detallara yüksək diqqət;
  • Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
  • Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmalı;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
  • Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir;
  • Problemləri həll etmə bacarığı olmalıdır.