Aqrar Tədarük və Təchizat

Hüquq şöbəsinin müdiri

Aqrar Tədarük və Təchizat
Ə/h razılaşma ilə
1565
Tam iş günü
Bakı, Azərbaycan
20/05/2026 - 03/06/2026

İş haqqında məlumat

Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən, ən əsası isə komandamızın fəal üzvü kimi şirkətimizin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

Vəzifə öhdəlikləri

  • Cəmiyyətin hüquqi fəaliyyətinin təşkili və hüquqi risklərin idarə olunması;
  • Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə hüquqi müşayiətin təmin edilməsi;
  • Korporativ, satınalma, xidmət, əməkdaşlıq, məxfilik, tərəfdaşlıq və digər müqavilələrin, memorandumların, əmrlərin, qərar layihələrinin, daxili normativ və digər hüquqi sənədlərin qanunvericiliyə uyğun tərtib olunması, hüquqi təhlili, ekspertizasının aparılması, razılaşdırılması və icrasına nəzarət edilməsi;
  • Müqavilələr üzrə hüquqi risklərin qiymətləndirilməsi və risklərin minimallaşdırılması ilə bağlı təkliflərin hazırlanması;
  • Normativ hüquqi aktların təhlili və tətbiqi ilə bağlı hüquqi araşdırmaların aparılması;
  • Hüquqi rəylərin və prosessual sənədlərin hazırlanması;
  • Dövlət qurumlarından, özəl şirkətlərdən daxil olan sorğuların və məktubların cavablandırılması;
  • Struktur bölmələrə hüquqi məsləhət və metodoloji dəstəyin göstərilməsi;
  • Hüquq şöbəsinin fəaliyyətinin idarə olunması, əməkdaşların fəaliyyətinə nəzarət və iş bölgüsünün təşkili;
  • Qanunvericilikdə edilən dəyişikliklərin izlənilməsi və aidiyyəti üzrə tətbiqinin təmin edilməsi;
  • Daxili prosedur, əsasnamə və qaydaların hazırlanması və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
  • Korporativ idarəetmə prinsiplərinin tətbiqinə hüquqi dəstəyin göstərilməsi;
  • Hüquqi hesabatların və rəhbərlik üçün analitik arayışların hazırlanması.

İş rejimi:

  • 5 günlük iş qrafiki
  • İş saatı 09:00-18:00-dək
  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

Tələblər

  • Hüquq ixtisası üzrə ali təhsil (Magistr dərəcəsi üstünlükdür);
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • Hüquq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 3 il iş təcrübəsi;
  • Dövlət qurumlarında iş təcrübəsinin olması üstünlük hesab edilir;
  • Korporativ hüquq, müqavilə hüququ və inzibati hüquq sahələri üzrə dərin biliklər;
  • Müqavilələrin hazırlanması və hüquqi ekspertizasının aparılması üzrə praktiki təcrübə;
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini yüksək səviyyədə bilməsi;
  • Yüksək idarəetmə, liderlik və komanda idarəetmə bacarığı;
  • Güclü hüquqi təhlil, araşdırma və analitik düşünmə qabiliyyəti; 
  • Operativ qərarvermə bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik;
  • Stresə davamlılıq;
  • Komandada işləmək və effektiv koordinasiya bacarığı;
  • Ünsiyyət və təqdimat bacarığı.
  • Peşəkar yanaşma və nəticəyönümlülük;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.