GI
Hüquqi məsələlər üzrə menecer/Hüquqşünas (MTK sektoru)
GiantSage Investment Group
Ə/h razılaşma ilə
2911
Tam iş günü
Bakı,
Azərbaycan
03/12/2025
-
10/12/2025
İş haqqında məlumat
Şirkətin bütün hüquqi proseslərinə rəhbərlik etmək, MTK ilə bağlı lokal tələblərə tam uyğunluğu təmin etmək, müqavilə proseslərini qurmaq və hüquqi riskləri minimuma endirmək.
- Şirkətin hüquqi strategiyasının hazırlanması və idarə olunması;
- MTK ilə bağlı bütün normativ tələblərin, qaydaların və sənədlərin icrasına nəzarət;
- Müqavilələrin (SPA, investisiya, podrat, subpodrat və s.) hazırlanması, hüquqi ekspertizası və təsdiqi;
- Satış, Maliyyə və Layihə idarəetməsi şöbələri ilə koordinasiya;
- Qanunvericiliyə uyğun hüquqi proseslərin, prosedurların və iş axınlarının qurulması;
- Hüquqi risklərin analizi və risklərin azaldılması üçün tövsiyələrin verilməsi;
- Daxili hüquqi siyasətlərin hazırlanması və tətbiqi;
- Xarici hüquq firmaları və dövlət qurumları ilə əməkdaşlıq;
- Bitrix24 və digər daxili sistemlərdə hüquqi təsdiq mərhələlərinin idarə olunması.
Tələblər
- Azərbaycan hüququ üzrə yüksək səviyyəli bilik;
- MTK strukturları, tikinti sahəsi və daşınmaz əmlak üzrə təcrübə;
- Proses qurma, hüquqi strukturlaşdırma və compliance bacarığı;
- Azərbaycan, İngilis və Rus dillərində yüksək səviyyədə yazı və danışıq bacarıqları;
- Minimum 5–7 il hüquq sahəsində iş təcrübəsi; rəhbər vəzifə təcrübəsi üstünlükdür.
- Güclü analitik düşüncə, sistemli yanaşma və təşkilati bacarıqlar
Müraciət:
Bu vakansiya ilə maraqlananlar CV-lərini "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.Müraciət etdiyiniz vəzifənin adını mövzu hissəsində qeyd etməyiniz xahiş olunur, əks halda CV-yə baxılmayacaq.