Bakı,
Azərbaycan
17.04.24
-
17.05.24
İş haqqında məlumat
- Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi sənədlərin layihələrini hazırlamaq;
- Şirkətin bölmələrindən daxil olmuş müraciətlər əsasında mülki-hüquqi müqavilə layihələrinin hazırlanmasını təmin etmək;
- Məhkəmələrdə şirkəti təmsil etmək;
- Şöbənin icraatında olan işlərə qanunvericiliyin tələbinə uyğun şəkildə baxılması, rəy verilməsi və icrası ilə əlaqədar müvafiq sənədlərin layihələrinin hazırlanmasını təmin etmək;
- Qanunvericiliyin tətbiqi ilə bağlı yaranmış məsələlərə münasibət bildirilməsi məqsədilə daxil olmuş müraciətlərə (sorğulara) və cavab məktublarının layihələrinə baxmaq, həmin layihələrə münasibət bildirmək;
- Hüquqi təminat, hüquqi təhlil və ekspertiza işlərini yerinə yetirmək;
- Peşə hazırlığının və ixtisaslarının artırılması istiqamətində görülən tədbirlərdə iştirak etmək;
- Vəzifə və funksiyalarına uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını təmin etmək;
- Qərar, əmr, sərəncam, müqavilə, məktub, digər hüquqi akt və sənəd layihələrinə qanunvericiliyin və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə baxmaq, həmin layihələrə münasibət bildirmək;
- İş qrafiki: 5 günlük.
Tələblər
- Təhsil: Hüquq üzrə ali təhsil;
- Təcrübə: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Kompüter bacarıqları: Microsoft Office (MS Word, MS Excel, MS Outlook) proqramlarını orta səviyyədə bilməli;
- Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməli (rus və ingilis dilləri arzu olunandır);
- AR Mülki, Mülki-prosessual, Əmək, Cinayət, İnzibati xəta, Vergi Məcəllələrin,Gömrük Qanunvericiliyi üzrə peşəkar bilikləri, AR inzibati və inzibati prosessual qanunvericiliyi, və normativ-hüquqi aktlarını bilməli;
- Komanda ilə işləmək bacarığı.
Elanın müddəti bitmişdir