Bakı,
Azərbaycan
14.05.24
-
13.06.24
İş haqqında məlumat
- Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
- Dövlət orqanlarında şirkəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
- Cəmiyyətin struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yarana biləcək hüquqi mübahisələri tənzimləmək;
- Şirkətin tərəf olduğu məhkəmə mübahisələrində iştirak etməklə, ona verilmiş səlahiyyətlər çərçivəsində şirkətin qanuni maraqlarının etibarlı müdafiəsini təmin edir;
- Rabitə xətlərinin və avadanlıqlarının mühafizəsi qaydalarının pozulması hallarında təxirəsalınmaz hüquqi tədbirlər həyata keçirmək, cinayət xarakterli olduğu halda cinayət işlərinin qaldırılmasını və aparılan cinayət işlərinin təqib edilməsini təmin edir, o cümlədən məhkəmələrdə şirkətin maraqları naminə iddialar qaldırır və onların şirkətin lehinə təmin edilməsi üçün vicdanlı və məsuliyyətlə çalışır;
- Mütamadi olaraq rabitə xətt qurğularının zədələnməsinə qarşı görülən hüquqi tədbirləri təhlil edir, nəticəsi barədə rəhbərliyə məlumatlar hazırlayır, vurulmuş zərərin ödətdirilməsi (kompensasiya edilməsi) istiqamətində hüquqi tədbirlər görür;
- Şirkətin göstərmiş olduğu xidmətlər nəticəsində vaxtında icra edilməmiş öhdəliklərin yerinə yetirilməsi istiqamətində hüquqi tədbirləri həyata keçirir;
- Rabitə qaydaları əleyhinə olan inzibati hüquq pozmalara dair görülmüş işləri mütamadi olaraq təhlil edir, nəticələri barədə rəhbərliyə arayış hazırlayır. İnzibati xətalar üzrə çıxarılmış qərarların icrası üçün tədbirlər görür;
- Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd və müqavilə layihələrinə rəy vermək;
- İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək;
- İnzibati xəta üzrə və ya cinayət işləri üzrə şirkəti təmsil etmək;
- Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək;
- İş yeri: Qaradağ rayonu, Lökbatan qəsəbəsi.
Tələblər
- Təhsil: Ali hüquq təhsili olmalı;
- Təcrübə: Hüquq sahəsi üzrə ən az 1 (bir) il iş təcrübəsinə malik olmalı;
- Dil bilikləri: Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dillərini bilməsi arzuolunandır;
- Kompüter bacarıqları: Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
- Məhkəmə və icra orqanları ilə iş üzrə təcrübəsi olmalı;
- Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
- Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
- Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı;
- Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı;
- Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
- Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
- Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı;
- İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.
Elanın müddəti bitmişdir