Bakı,
Azərbaycan
22.05.25
-
22.06.25
İş haqqında məlumat
- Müqavilələrin hazırlanması; Hüquqi sənədlərin hazırlanması və analiz edilməsi;
- Müqavilələrə və digər hüquqi qüvvəyə malik sənədlərə hüquqi baxışın keçirilməsi;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
- Azərbaycan qanunlarında və qaydalarında, xüsusən də maliyyə və korporativ sektorlara təsir edən dəyişikliklərə nəzarət etmək;
- Dövlət orqanları ilə yazışmaları aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablandırmaq;
- Korporativ hüquq fəaliyyəti ilə bağlı qayda və iş prosedurların layihəsini və təkliflərin hazırlanması;
- Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
- Təşkilatın mövqeyinin lazımi qaydada müdafiə olunması istiqamətində bütün daxili sənədləşmə və hazırlıq işlərini görmək və qanunvericiliklə müəyyənləşdirilmiş hüquqlardan (məhkəmə qərarlarından şikayət vermə, iddiaya və ya şikayətə etiraz, hakimə və ya məhkəmə tərkibinə etiraz və s.) lazımi qaydada istifadə etmək;
- Məhkəmə işlərində və hüquqi prosedurlarda təmsilçilik;
- Müvafiq qanunvericilik və hüquqi tələblərin izlənməsi;
- Korporativ hüquq, vergi hüququ və digər sahələr üzrə strateji məsləhətlərin verilməsi;
- Şirkət daxili hüquqi proseslərin təkmilləşdirilməsi və hüquqi risklərin idarə olunması;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki həftənin 5 günü;
- İş saatı: Həftə içi günlər 09:00-dan 18:00 kimi.
Tələblər
- Yaş: 35-55;
- Cinsi: Kişi;
- Təhsil: Ali (Hüquq);
- İş təcrübəsi: ən azı 5 il;
- Dil bilikləri: Rus dilini bilmək mütləkdir;
- Kompüter bilikləri: MS Office/Excel (əla);
- İşə məsuliyyətli yanaşmaq;
- Komanda ruhu, ünsiyyətçil, analitik düşüncə bacarığı;
- Tikinti sahəsində iş təcrübəsi olana.