İNNOVA İNŞAAT MMC

Hüquqşünas

İNNOVA İNŞAAT MMC
Ə/h razılaşma ilə
2212
Tam iş günü
Bakı, Azərbaycan
10.09.2025 10:37 - 10.10.2025 12:00

İş haqqında məlumat

  • Qanun mahiyyəti sənədləri işləyib hazırlayır və ya hazırlanmasında iştirak edir;
  • Cəmiyyətin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində iştitrak edir. Qanunun tətbiqi üzrə iş aparır.  Cəmiyyətin fəaliyyətinə aid olan normativ aktlar ilə qüvvədə olan qanunvericiliyə dəyişikliklərlə vəzifəli şəxsləri tanış edir. Müəssisə, idarə və təşkilatların işçilərinə cari qanunvericilik haqqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəy verir;
  • Cəmiyyətin məhkəmə işlərində sənədlərin toplanması, məhkəmələrdə qanuni təmsilçi kimi iştirak edilməsi, iddialara cavab hazırlanması. Məhkəmə nəticələri ümumiləşdirir və təhlil edir adiyyatı üzrə rəhbərliyə hesabatlar təqdim edir;
  • Cəmiyyətin təsis sənədlərində baş vermiş dəyişikliklərin sənədləşdirilməsi və təsdiqlənməsi;
  • Müqavilələrin, sazişlərin və onlara əlavə və dəyişikliklərin hazırlanması, layihələrin hüquqi ekspertizası, o cümlədən onların Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalara və Cəmiyyətin mənafeyinə, habelə daxili qaydalara uyğun tərtib olunması;
  • Əməkdaşlıq edilən şirkətlər tərəfindən tərtib edilən müqavilələrdə yarana biləcək risk dərəcəsinin araşdırılması, qarşısının alınması və Cəmiyyətin prosedurlarına uyğun müqavilələrin bəndlərinin tərtib edilməsi, yarana bilən risk və problemli məsələlərin həllində məsuliyyət daşıması;
  • Müqavilə münasibətləri üzrə öhdəliklərdən yayınma halları baş verdikdə zəruri hüquqi müdaxilələrin edilməsi;
  • Müqavilələrin qarşı tərəflərə imzaladılmasının təmin edilməsi, nüsxəsinin alınması və ya təhvil verilməsinin təmin edilməsi;
  • Bütün növ müqavilələrin və hüquqi sənədlərin qeydiyyatının aparılması, elektron və fiziki saxlanılmasının təşkil edilməsi;
  • Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və proseslərə dair hüquqi rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Cəmiyyətin fəaliyyəti üzrə tələb olunan hüquqi təsdiqedici sənədlərin alınması üçün vaxtında müraciət edilməsi (patent, əmtəə nişanı, sertifikat, icazalər və s.), iş fəaliyyəti ilə bağlı sertifikatların və digər hüquq təsdiqedici sənədlərin alınması;
  • Əmlak  münasibətlərinin tənzimlənməsində hüquqi dəstək.

İş haqqında məlumat:

  • Sənədləşmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş vaxtı: Həftəlik 6 iş günü (şənbə günü qısa iş günü);
  • İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pros.77;
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq.

Yuxarıda qeyd edilən tələblərə uyğun namizətlər CV-lərini mövzu yerinə Hüquqşunas yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Tələblər

  • Sərbəst Azərbaycan dili ;
  • İngilis dili (arzu olunandır);
  • Rus dili;
  • MS Office;
  • Minimum 3 il hüquqi sahədə əmək fəaliyyəti olmalı (tikinti sektoru üstünlükdür);
  • Hüquqi ali təhsil ;
  • Azərbaycan qanunvericiliyini (Mülki, inzibati, kommersiya, əmək və s.) təfsir etmə bacarığı;
  • Uçot və kargüzarlıq işlərinin aparılması üzrə əsasnamə və təlimatları bilmək;
  • Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
  • Yüksək araşdırma və tədqiqat bacarığı;
  • Komandada işləmək bacarığına sahib olmalıdır.