YIĞIM Payment System

Hüquqşünas

YIĞIM Payment System
Ə/h razılaşma ilə
1552
Tam iş günü
Bakı, Azərbaycan
29.09.2025 09:34 - 29.10.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin hüquqi maraqlarını qorumaq, müqavilə və əməliyyatların qanuni olduğunu təmin etmək;
  • Şirkətin fəaliyyətinə dair qanunvericilik aktlarının izlənilməsi və təhlili, dəyişikliklərin rəhbərliyə təqdim edilməsi;
  • Şirkətin müqavilə və digər hüquqi sənədlərinin hazırlanması, ekspertizası və razılaşdırılması;
  • Müştərilər, tərəfdaşlar və podratçılarla bağlanan müqavilələrin risklərinin hüquqi baxımdan qiymətləndirilməsi;
  • Fintex fəaliyyətinə aid lisenziyalaşdırma, maliyyə monitorinqi, rəqəmsal ödənişlər və data qorunması ilə bağlı hüquqi məsələlərin həllində iştirak;
  • Şirkətin maraqlarını məhkəmə və digər dövlət orqanlarında təmsil etmək;
  • Hüquqi rəy və məsləhətlərin verilməsi, rəhbərliyin qərar layihələrinin hüquqi ekspertizasının aparılması;
  • Əmək münasibətlərinin hüquqi tənzimlənməsi (əmək müqavilələri, daxili intizam qaydaları və s.);
  • Şirkətin daxili qayda və prosedurlarının hazırlanmasında hüquqi dəstək göstərmək;
  • Şirkətin fəaliyyəti ilə bağlı AML/CFT (pul yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə), data privacy və maliyyə qanunvericiliyi sahələrində uyğunluğun təmin olunmasında iştirak;
  • Şirkətin adından dövlət orqanları və digər təşkilatlarla yazışmalar aparmaq;
  • Müqavilə və qərarların qanunvericiliyə zidd olması barədə rəhbərliyi məlumatlandırmaq və onların icrasını dayandırmağı təklif etmək;
  • Öz səlahiyyətləri çərçivəsində hüquqi rəy vermək və şirkətin maraqlarının qorunması ilə bağlı təşəbbüslər göstərmək;
  • Hüquqi sənədləri düzgün hazırlamaq.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil (hüquq sahəsində)  və minimum 2-3 il iş təcrübəsi;
  • Fintex və bank sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
  • Məhkəmə proseslərində işəgötürəni təmsil etmə və çıxış etmə təcrübəsi.

Bilməlidir:

  • Mərkəzi Bankın ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən təşkilatlardan tələb etdiyi  qaydaları;
  • Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikası qanununu.