İnnovasiyalar Mərkəzi

Hüquqşünas

İnnovasiyalar Mərkəzi
Ə/h razılaşma ilə
1617
Tam iş günü
Bakı, Azərbaycan
15.10.2025 11:02 - 15.11.2025 12:00

İş haqqında məlumat

  • Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
  • Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi;
  • Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvercilik çərçivəsində həll edilməsi;
  • Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
  • Protokolların hazırlanması;
  • Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
  • Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması;
  • Qanun mahiyyətli sənədlərin işlənilməsi və hazırlanması;
  • Müəyyən edilmiş qaydalara uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədlərin rəsmiləşdirilməsi;
  • Hazırlanan əmr, sərəncam, təlimat, qaydalar, standartlar və hüquqi xarakterli digər aktların, layihələrin hüquqi ekspertizasının keçirilməsində iştirak etmək;
  • İşçilərə cari qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəyin bildirilməsi;
  • Mərkəzin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, eləcə də mərkəzin fəaliyyətinin təkmilləşdirilməsində iştirak etmək.

Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına email-in mövzu hissəsində “Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur. 

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaqdır.  

Tələblər

  •  Hüquq sahəsində Ali təhsil;
  •  Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qabiliyyəti, təşkilatçılıq və problem həll etmək səriştəsi, qərarvermə və detallara diqqət etmək qabiliyyəti, yüksək diaqnostika, liderlik və innovativ idarəetmə qabiliyyəti; 
  • İngilis dili (yüksək səviyyədə), rus dili (yüksək səviyyədə); 
  • MS WINDOWS, MS OFFICE,INTERNET və s. yüksək səviyyədə bilmək.