Bakı,
Azərbaycan
23/01/2026
-
06/02/2026
İş haqqında məlumat
Biz yalnız sənəd tərtib edən deyil, müştərinin biznesinə real hüquqi dəyər qatan hüquqşünas axtarırıq. Əgər korporativ hüquqda sistemli düşünür, müxtəlif sahələr üzrə müştərilərlə işləməkdən zövq alırsansa – bu vakansiya sənin üçündür.
- Müxtəlif sahələr üzrə müqavilə formalarının hazırlanması, təhlili və hüquqi ekspertizasının aparılması;
- Azərbaycan Respublikasında yerli və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin yaradılması, qeydiyyat prosesinin tam icrası;
- Hüquqi şəxslərin, eləcə də xarici şirkətlərin filial və nümayəndəliklərinin ləğv edilməsi, reyestrdən çıxarılması və prosesin hüquqi müşayiəti;
- Sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziya və icazələrin alınması, müvafiq sənədlərin hazırlanması və dövlət qurumları ilə iş;
- Əmtəə nişanlarının qeydiyyatı və hüquqi müşayiəti;
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslər üçün iş icazələri və müvəqqəti yaşama icazələrinin alınması;
- Hüquqi məsələlərlə bağlı rəsmi məktubların, ərizə və şikayətlərin hazırlanması, dövlət və özəl qurumlarla yazışmaların aparılması;
- (Baş hüquqşünas üçün) gənc hüquqşünaslara metodiki dəstək və iş prosesinin koordinasiyası.
Biz nə təklif edirik:
- Stabil və peşəkar konsalting komandası;
- Müxtəlif sahələr üzrə müştərilərlə işləməklə təcrübənin real şəkildə artması;
- Hüquqşünas kimi yalnız icraçı deyil, məsləhətçi rolunda inkişaf imkanı;
- Əmək haqqı – qarşılıqlı razılaşma əsasında, namizədin təcrübə və bacarıqlarına uyğun;
- Uzunmüddətli əməkdaşlıq və karyera perspektivi.
Qeyd: Əgər korporativ hüquqda dərinləşmək, “şablon iş” yox, real hüquqi problemlərin həlli ilə məşğul olmaq istəyirsənsə – səni komandamızda görməkdən məmnun olarıq.
Tələblər
- Hüquq sahəsi üzrə ali təhsil;
- Korporativ hüquq sahəsində minimum 3 il praktik iş təcrübəsi
(baş hüquqşünas vəzifəsi üçün 5+ il üstünlükdür); - Rus və ingilis dillərində işgüzar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Analitik düşüncə, məsuliyyət və müştəriyönümlü yanaşma;
- Konsalting mühitində işləmək və müxtəlif biznes sahələrini tanımaq istəyi.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.