Bakı,
Azərbaycan
29/01/2026
-
12/02/2026
İş haqqında məlumat
- Şirkətin bütün hüquqi fəaliyyətinin təşkili və icrası
- Rəhbərlik tərəfindən verilmiş etibarnamə əsasında şirkəti dövlət qurumlarında, məhkəmələrdə və digər təşkilatlarda təmsil etmək
- Müqavilələrin (podrat, satınalma, icarə, xidmət və s.) hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması
- Şirkətin hüquqi risklərinin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi
- Hüquqi proseslərin icrası, iddiaların hazırlanması və məhkəmə işlərinin aparılması
- Dövlət orqanları ilə yazışmaların və rəsmi müraciətlərin hazırlanması
- Şirkətin daxili normativ sənədlərinin (əmrlər, qaydalar, prosedurlar) hazırlanması və yenilənməsi
- Rəhbərliyə hüquqi məsləhətlərin verilməsi və hüquqi rəyin təqdim edilməsi
- Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi
İş şərtləri:
- Nahar fasiləsi: 13:00 -14:00
- Əmək haqqı: Təcrübə və biliklərə uyğun olaraq müsahibə əsasında
Tələblər
- Hüquq üzrə ali təhsil
- Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi
- Mülki, inzibati, əmək və kommersiya hüququ üzrə biliklər
- Müqavilə hüququ və sənədləşmə sahəsində praktiki təcrübə
- Etibarnamə ilə işləmək və şirkəti rəsmi qurumlarda təmsil etmək bacarığı
- Analitik düşünmə, məsuliyyət və yüksək məxfilik anlayışı
- Azərbaycan dilində sərbəst yazı və danışıq (rus və ingilis dili üstünlükdür)
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.