Bakı,
Azərbaycan
13/03/2026
-
27/03/2026
İş haqqında məlumat
- Müqavilələrin, ərizələrin, məktubların və digər bütün növ hüquqi ekspertiza tələb edən sənədlərin tərtib edilməsini və ya nəzərdən keçirilməsini təmin etmək və ya həmin işlərin icrasında şöbə rəhbərinə köməklik göstərmək;
- Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmaların aparılması;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Təşkilatın korporativ hüquqi sənədlərinə dəyişikliklərin, həmçinin filial və nümayəndəliklərin qeydiyyatının təmin edilməsi üçün zəruri olan işlərin icra edilməsi;
- Podraçılarla müqavilələrin razılaşdırılması;
- Rəhbərlik tərəfindən qoyulan digər tapşırıqları tələb edilən qaydada icra etmək.
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Könüllü tibbi sığorta
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Tələblər
- Ali təhsil (Hüquq sahəsində);
- Azərbaycan dili zəruri, İngilis və ya Rus dili arzuolunandır;
- Mülki, əmək, inzibati qanunvericiliyi sahəsində biliklər;
- Müvafiq sahədə min 2 il təcrübə;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- MS Office proqramlarını yaxşı bilmək.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.