Bakı,
Azərbaycan
15/04/2026
-
29/04/2026
İş haqqında məlumat
- Şirkət üzrə bütün növ müqavilələrin hazırlanması, yoxlanılması və hüquqi rəy verilməsi
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə işlərinin aparılması və nəzarəti
- Satınalma və təchizat proseslərinin hüquqi müşayiəti
- Miqrasiya ilə bağlı sənədlərin hazırlanması və proseslərin izlənilməsi
- Şirkətin hüquqi risklərinin qiymətləndirilməsi və rəhbərliyin məlumatlandırılması
- Dövlət qurumları və tərəfdaşlarla hüquqi məsələlər üzrə əlaqələrin qurulması
İş şəraiti:
- Tam ştat, 5 günlük iş qrafiki
- Rəsmi əmək müqaviləsi
- Stabil və peşəkar iş mühiti
- Əmək haqqı: Müsahibə əsasında
Tələblər
- Hüquq ixtisası üzrə ali təhsil
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yüksək səviyyədə bilmək
- Əmək münasibətləri üzrə praktiki təcrübə (işə qəbul, xitam, intizam tədbirləri, məzuniyyət, son haqq-hesab və s.)
- Satınalma prosedurları, tender sənədləri və müqavilələrlə bağlı hüquqi bilik
- Miqrasiya məsələləri üzrə hüquqi anlayış (əcnəbilərin iş icazəsi, müvəqqəti və daimi yaşama icazəsi, qeydiyyat prosedurları və s.)
- Müqavilələrin hazırlanması və hüquqi ekspertizası sahəsində təcrübə
- Dövlət qurumları ilə rəsmi yazışmalar aparmaq bacarığı
- Məsuliyyətli, operativ və analitik düşünmə qabiliyyəti
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.