Bakı,
Azərbaycan
17/04/2026
-
01/05/2026
İş haqqında məlumat
Özünə və peşəkar qabiliyyətinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera inkişafına yönlənən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Hüquqi məsələlərlə əlaqədar Cəmiyyətə və ya şöbəyə daxil olan məktublara cavab yazmaq və onların təyinatı üzrə göndərilməsini təmin etmək;
- Qərarların, əmrlərin, sərəncamların, sazişlərin və hüquqi xarakterli digər normativ sənədlərin qüvvədə olan qanunvericiliyə uyğunluğunu qabaqcadan yoxlamaq, zəruri hallarda isə həmin sənədləri hazırlamaq;
- Normativ hüquqi aktların müddəaları və Cəmiyyətin fəaliyyətində qarşıya çıxan ziddiyyətli hüquqi məsələlər barədə yazılı şərh vermək;
- Bütün növ daxili sənədlərin tərtib olunmasında iştirak etmək;
- Müqavilələri və müqavilə əlavələrini hazırlamaq, onlar barədə hüquqi rəy vermək, qanunvericiliyə uyğunluğunu yoxlamaq;
- Müqavilələrin reyestrinin aparılmasını həyata keçirmək;
- Müvafiq dövlət orqanlarına, təşkilatlara, idarələrə sorğuları hazırlamaq, göndərmək və cavablarını əldə etmək;
- Bilavasitə rəhbəri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.
İş rejimi:
- 5 günlük iş qrafiki
- İş saatı 09:00-18:00-dək
- Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
Tələblər
- Ali hüquq təhsili;
- Hüquq sahəsində minimum 1-3 il iş təcrübəsi;
- Müqavilələr hüququ sahəsində təcrübə;
- Analitik düşünmə və təhlil qabiliyyəti;
- MS Office proqramlarını (xüsusilə Word, Excel, PowerPoint) yaxşı səviyyədə bilmək;
- Azərbaycan dilində sərbəst, İngilis dilini orta səviyyədə bilmək.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.