Bakı,
Azərbaycan
30/04/2026
-
14/05/2026
İş haqqında məlumat
- Hüquqi yeniliklərin izlənilməsi, təhlili və araşdırılması;
- Müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəylərin yazılması;
- Fiziki və hüquqi şəxslərdən, habelə dövlət orqanları, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciət və sorğulara qanunvericiliyə uyğun baxılması;
- Müqavilələrin, hüquqi məsələlərlə bağlı məktubların, ərizələrin, şikayətlərin və digər hüquqi sənədlərin hazırlanması;
- Hüquqi şəxsin təsis sənədlərinin və qanunvericiliyə uyğun digər zəruri sənədlərin tərtib edilməsi;
- İddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması;
- Vəzifə öhdəliklərindən irəli gələn digər hüquqi tapşırıqların icrası.
İş şəraiti
- İş vaxtı: 5 günlük.
- İstirahət günü: şənbə, bazar.
- Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə mərhələsində təyin ediləcəkdir.
Tələblər
- Hüquq üzrə ali təhsil;
- Kişi namizədlər üçün - hərbi xidmət keçmiş olması;
- Dil bilikləri: Azərbaycan dili – ana dili səviyyəsində, ingilis dili (mütləq) – şifahi ünsiyyət və hüquqi yazı bacarığı, rus dili biliyi üstünlükdür;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə işləmək bacarığı;
- Effektiv ünsiyyət bacarığı;
- Komandada işləmək bacarığı;
- Yüksək məsuliyyət hissi, təşəbbüskarlıq və öyrənməyə açıqlıq;
- 2 il iş təcrübəsi.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.