Sumqayıt,
Azərbaycan
15/05/2026
-
29/05/2026
İş haqqında məlumat
- Hüquqi məsələlərlə əlaqədar Cəmiyyətə və ya şöbəyə daxil olan məktublara cavab yazmaq və onların təyinatı üzrə göndərilməsini təmin etmək;
- Qərarların, əmrlərin, sərəncamların, sazişlərin və hüquqi xarakterli digər normativ sənədlərin qüvvədə olan qanunvericiliyə uyğunluğunu qabaqcadan yoxlamaq, zəruri hallarda isə həmin sənədləri hazırlamaq;
- Normativ hüquqi aktların müddəaları və Cəmiyyətin fəaliyyətində qarşıya çıxan ziddiyyətli hüquqi məsələlər barədə yazılı şərh vermək;
- Bütün növ daxili sənədlərin tərtib olunmasında iştirak etmək;
- Müqavilələri və müqavilə əlavələrini hazırlamaq, onlar barədə hüquqi rəy vermək, qanunvericiliyə uyğunluğunu yoxlamaq;
- Müqavilələrin reyestrinin aparılmasını həyata keçirmək;
- Müvafiq dövlət orqanlarına, təşkilatlara, idarələrə sorğuları hazırlamaq, göndərmək və cavablarını əldə etmək;
- Bilavasitə rəhbəri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş vaxtı: 09.00-dan 18.00-kimi
- İş yeri: Sumqayıt
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 1500 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Tələblər
- Təhsil : Ali
- İş təcrübəsi : 5 ildən artıq
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.