Legalize Law Firm

Hüquqşünas

Legalize Law Firm
Ə/h razılaşma ilə
538
Tam iş günü
Bakı, Azərbaycan
21/05/2026 - 04/06/2026

İş haqqında məlumat

  • Müqavilələrin və razılaşmaların tərtib edilməsi, nəzərdən keçirilməsi və bu sahədə hüquqi dəstəyin göstərilməsi;
  • Şirkətin müvafiq şöbələrinə komplayens, hüquq və risklə bağlı məsələlər üzrə hüquqi məsləhətlərin verilməsi;
  • Şirkətin əqli mülkiyyət hüquqlarının qeydiyyatı və qorunmasının təmin edilməsi, əlaqəli məsələlər üzrə idarəetmə və tənzimlənmənin həyata keçirilməsi;
  • Şirkətin layihələrində əqli mülkiyyətin istifadəsi ilə bağlı hüquqi qiymətləndirmənin aparılması;
  • Baş ofis tərəfindən həyata keçirilən təlim proqramları və digər təşəbbüslərdə iştirak etmək;
  • Tətbiq olunan qanunvericilikdəki dəyişikliklərin izlənilməsi, təhlil edilməsi və onların biznesə təsirinin qiymətləndirilməsi;
  • Daxili audit proseslərində iştirak etmək və hüquqi təcrübənin təkmilləşdirilməsi üzrə məsələlərə töhfə vermək;
  • Komplayens sahəsində risklərin qiymətləndirilməsi və onların minimuma endirilməsi üçün strategiyaların hazırlanması;
  • Şirkətin işçiləri üçün hüquq və komplayens mövzularında təlimlərin keçirilməsi;
  • Şirkətin komplayens sahəsində siyasətlərinin yerli və beynəlxalq qanunvericiliyə, eləcə də baş ofisin standartlarına uyğunluğunun təmin edilməsi;
  • Komplayens sahəsi üzrə tənzimetmə və nəzarət orqanları ilə əlaqələrin qurulması;
  • Məlumatların mühafizəsi üzrə qanunvericiliyə və baş ofisin tələblərinə əməl olunmasının monitorinqinin aparılması;
  • Şöbə daxilində vaxt uçotu və idarəetmə ilə əlaqəli proseslərin koordinasiyası;
  • Daxili əmək qaydalarına və şirkətin əmək sahəsindəki siyasətlərinə riayət olunmasına nəzarətin edilməsi.

İş qrafiki - Bazar ertəsi - Cümə günləri, saat 08:00 – 17:00 dək.

Aylıq vəzifə maaşı - Razılaşma yolu ilə

Şirkətin təminatları 

  • Şəxsi inkşaf üçün müxtəlif imkanlar;
  • Tibbi sığorta;
  • Nahar;
  • İllik əməkhaqqı və şirkətin siyasətinə uyğun olaraq verilməsi nəzərdə tutulan bonuslar;
  • Peşəkar, beynəlxalq mühitə malik və əməkdaşlığa əsaslanan komanda mühitində çalışma imkanı.

Tələblər

  • Təhsilə dair tələblər: Hüquq üzrə bakalavr dərəcəsi;
  • İş stajına dair tələblər: Hüquq sahəsində ən azı 2 il iş stajı;
  • Dil biliklərinə dair tələblər: Azərbaycan və rus dillərini sərbəst, ingilis dilini isə upper-intermediate səviyyəsində bilmək tələb olunur.

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:

  • Komanda ilə işləmək bacarığı;
  • Analiz etmə və problem həll etmə bacarığı;
  • Kommunikasiya bacarığı;
  • Təqdimat bacarığı;
  • İş planlama və təşkil etmə, idarəetmə bacarığı;
  • Öyrənməyə yüksək motivasiyanın olması; 
  • Ambisiyalı və məqsədyönlü olmaq qabiliyyəti.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar