Bakı,
Azərbaycan
12/08/2026
-
26/08/2026
İş haqqında məlumat
“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Hüquqşünas” vəzifəsinə vakansiya elan edir.
- Müəssisənin müxtəlif işlər üzrə Azərbaycan Respublikasının yurisdiksiyasında olan məhkəmələrdə iddiaçı və ya cavabdeh qismində təmsil olunmasını təmin etmək;
- Dövlət orqanlarında və qeyri-hökumət təşkilatlarında Müəssisənin qanuni mənafelərinin müdafiə olunmasını təmin etmək;
- Müəssisənin səlahiyyətlərinə aid olan məsələlərə dair müqavilə layihələrini hazırlamaq, razılaşdırılmaq, səlahiyyətləri daxilində onlara rəy verib ekspertizasını aparmaq və müqavilələrin bağlanması ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək, həmçinin bağlanmış müqavilələrə əlavə və dəyişikliklərin edilməsinə dair təkliflər vermək;
- AR mülki, mülki-prosessual, kommersiya, miqrasiya, əmək, inzibati, vergi, mülki-hüquqi əqdlərin tərtib edilməsi, onların bağlanması və rəsmiləşdirilməsi;
- Qanunvericiliyin mütəmadi qaydada izlənilməsi, Müəssisəyə təsir edən məqamlar üzrə müəssisədaxili kommunikasiyanın edilməsinə dəstək göstərmək;
- Müəssisənin əcnəbi işçilərinə iş icazələrinin əldə edilməsi və qeydiyyat sənədi almaq, habelə müvafiq işçilərin ailə üzvləri üçün yaşayış icazəsinin əldə edilməsi üçün sənədlərin toplanması, Dövlət Miqrasiya Xidməti ilə işi əlaqələndirmək;
- Dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə, o cümlədən hüquqi məslələrə dair vətəndaşlar və Müəssisənin əməkdaşları tərəfindən ünvanlanan müraciətlərə (ərizə, sorğu və şikayətlərə) aidiyyəti üzrə baxmaq və zəruri araşdırmanı apararaq cavablandırılması üçün məktub layihələrinin hazırlanması prosesində iştirak etmək;
- Zərurət olduqda müəssisəni dövlət idarəetmə, notariat, mediasiya, məhkəmə, hüquq-mühafizə və digər icra orqanlarında, o cümlədən digər hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;
- Müəssisənin fəaliyyəti çərçivəsində zəruri olan, o cümlədən digər struktur bölmələrin müraciəti və ya Şöbə rəhbərinin tapşırığına əsasən hüquqi məsələlərə dair rəylərin hazırlanmasını təmin etmək;
- Müəssisənin struktur bölmələrinə hüquqi dəstəyin göstərilməsini təmin etmək;
- Müəssisə rəhbərinin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək.
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: 1200-1500 AZN.
- Tam sosial təminat (məzuniyyət və s.)
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 12:00-13:00
- Nahar müəssisə tərəfindən təmin edilir.
Tələblər
- Ali təhsilli,
- Korporativ hüquq sahəsi üzrə minimum 3 (üç) il iş təcrübəsinə malik olmaq;
- AR mülki, Vergi, Gömrük, İnzibati xətalar Məcəllələrini, Əmək, mülki-prosessual, kommersiya, miqrasiya, inzibati, vergi, mülki-hüquqi qanunvericiliyi barədə biliklərə malik olmaq;
- Sahəsinə aid olan hüquqi sənədləri tərtib edə bilmək;
- Azərbaycan dilini əla səviyyədə bilmək, rus və ingilis dili arzuolunandır ;
- MS Office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
Qeyd:
- Vergi və gömrük orqanlarında hüquq sahəsi üzrə iş təcrübəsinə malik namizədlərə üstünlük veriləcək.
Namizədin şəxsi keyfiyyətləri:
- Ciddi iş prinsipiallığı və hesabatlığın verilməsi;
- İşin planlaşdırılması bacarığı;
- İşgüzar və hüquqi yazışma bacarığı;
- Ezamiyyə imkanları;
- Fəal olması və komandada işləmək bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun