JobPark

Hüquqşünas

JobPark
Ə/h razılaşma ilə
353
Tam iş günü
Bakı, Azərbaycan
08/09/2026 - 08/10/2026

İş haqqında məlumat

Şirkətimiz təcrübəli və məsuliyyətli Hüquqşünas axtarışındadır. Vəzifə sahibi şirkətin hüquqi maraqlarının qorunmasını, müqavilələrin hazırlanmasını və qanunvericiliyə uyğunluğun təmin edilməsini həyata keçirəcək. Namizəd analitik düşüncəyə malik olmalı və komanda daxilində effektiv işləyə bilməlidir.

Vəzifə Öhdəlikləri

  • Şirkətin fəaliyyəti ilə bağlı müqavilələrin hazırlanması və hüquqi ekspertizadan keçirilməsi
  • Dövlət qurumları və üçüncü tərəflərlə hüquqi yazışmaların aparılması
  • Şirkətin daxili sənədlərinin (əmr, sərəncam, qaydalar) qanunvericiliyə uyğunluğunun yoxlanılması
  • Məhkəmə və digər instansiyalarda şirkətin maraqlarının təmsil olunması
  • Qanunvericilikdəki dəyişikliklərin monitorinqi və rəhbərliyə məlumatlandırılması
  • Hüquqi risklərin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsi
  • Mübahisəli məsələlərin həlli üçün strategiyaların hazırlanması

Tələblər

Təhsil: Hüquq sahəsi üzrə bakalavr və ya magistr dərəcəsi

İş təcrübəsi: Hüquqşünas vəzifəsində minimum 1 il iş təcrübəsi

Peşəkar bacarıqlar:Azərbaycan Respublikasının mülki, əmək və inzibati qanunvericiliyini dərindən bilmək, müqavilə hazırlama və təhlili, hüquqi sənədləşmə, məhkəmə prosesləri üzrə təcrübə, MS Office proqramları, ədliyyə orqanları ilə iş təcrübəsi

Şəxsi keyfiyyətlər:Diqqətlilik, məsuliyyətlilik, analitik düşüncə, yüksək kommunikasiya bacarığı, konfidensiallığa riayət etmə, vaxtı düzgün idarə etmə bacarığı, stress altında işləmə qabiliyyəti

Yaş həddi: 20–30

Müraciət: https://jobs.jpark.io/az/ega/226a14f8-4f78-4aac-a02f-21c20a0d9d1d