hrin.az
Reklam
VUMES MMC

Hüquqşünas

VUMES MMC

Əmək haqqı: Razılaşma

37013 noyabr 2026
Təcrübə5-10 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYoxdur
TəhsilBakalavr
Azərbaycan diliƏla
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

VUMES MMC komandamıza qoşulmaq üçün hüquq sahəsində peşəkar bilik və praktiki təcrübəyə malik, məsuliyyətli və təşəbbüskar Hüquqşünas axtarışındadır.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin fəaliyyətinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğunluğunun təmin edilməsində iştirak etmək;
  • Şirkətin hüquqi maraqlarını qorumaq və hüquqi risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində tədbirlər görmək;
  • Müqavilələrin, sazişlərin, protokolların və digər hüquqi sənədlərin hazırlanmasını, təhlilini və hüquqi ekspertizasını həyata keçirmək;
  • Şirkətdaxili əmr, sərəncam, qərar və digər hüquqi sənədlərin hazırlanmasında iştirak etmək;
  • Şirkətin dövlət qurumları, hüquqi və fiziki şəxslərlə münasibətlərində hüquqi məsələlərin tənzimlənməsini təmin etmək;
  • Məhkəmə və digər dövlət orqanlarında şirkətin hüquqi maraqlarını təmsil etmək;
  • Hüquqi sorğuların, müraciətlərin və rəsmi məktubların hazırlanmasını təmin etmək;
  • Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və onların şirkətin fəaliyyətinə təsirini qiymətləndirmək;
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, qeydiyyatı və uçotunun aparılmasını təmin etmək.

Namizədə dair tələblər:

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
  • Hüquq sahəsində minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsi, İnzibati Prosessual Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər normativ hüquqi aktlar üzrə mükəmməl biliklər;
  • İcra haqqında qanunvericilik və beynəlxalq hüquqi normalar barədə biliklər;
  • Müqavilə hüququ, əmək münasibətləri və korporativ hüquq sahəsində praktiki təcrübə;
  • Hüquqi sənədlərin hazırlanması, təhlili və sistemləşdirilməsi bacarığı;
  • Analitik düşünmə, problem həll etmə və qərarvermə qabiliyyəti;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: Tam iş günü;
  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir.
Reklam