Hüquqşünas (İcra işləri üzrə)
BSC Consulting & Outsourcing Company
Ə/h razılaşma ilə
211
Tam iş günü
Bakı,
Azərbaycan
01/06/2026
-
15/06/2026
İş haqqında məlumat
- İcra sənədlərinin hazırlanması və aidiyyəti üzrə icra orqanlarına təqdim edilməsi
- İcraat zamanı yaranan hüquqi məsələlərin həlli
- Borclularla yazışmaların və danışıqların aparılması
- İcra işlərinin icrasına nəzarət və proseslərin monitorinqi
- İcraatla bağlı müvafiq hesabatların hazırlanması
Məhkəmə işləri üzrə:
- Hüquqi sənədlərin (iddia ərizələri, vəsatətlər, şikayətlər və s.) hazırlanması, elektron məhkəmə sistemi vasitəsi ilə iddia ərizələrin və digər sənədlərin göndərilməsi.
- Məhkəmə proseslərində iştirak və şirkətin maraqlarının müdafiəsi
- Məhkəmə qərarlarının icrası üçün hüquqi tədbirlərin görülməsi
- Məhkəmə təqviminin və sənəd dövriyyəsinin idarə olunması
- Hüquqi risklərin təhlili və rəhbərliyə hüquqi rəyin verilməsi
Əmək haqqı - Qarşılıqlı razılaşma ilə
Tələblər
- Hüquq üzrə ali təhsil
- Məhkəmə və icra işləri sahəsində minimum 2 il iş təcrübəsi
- Azərbaycan Respublikası Mülki, Mülki Prosessual və İcra Məcəllələrini dərindən bilmək
- Yüksək analitik bacarıq və yazılı-huşyar düşüncə tərzi
- Müstəqil işləmək və eyni zamanda komanda ilə əməkdaşlıq bacarığı
- MS Office proqramları (Word, Excell,və sair) ilə işləmə bacarığı
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.