Aztelekom

Hüquqşünas/Aparıcı hüquqşünas

Aztelekom
Ə/h razılaşma ilə
2077
Tam iş günü
Bakı, Azərbaycan
07.07.2025 23:19 - 07.08.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək, digər struktur bölmələrdən daxil olmuş sorğulara hüquqi rəy vermək;
  • Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və prosesləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Dövlət orqanlarında, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
  • Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd layihələrinə rəy vermək;
  • Müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunaraq hazırlanması, əlavə və dəyişikliklərin edilməsi, təqdim edilən müqavilə layihələrinə rəy verilməsi;
  • İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
  • İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək;
  • Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
  • Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək.

Tələblər

  • Ali hüquq təhsili olmalı;
  • Hüquq sahəsi üzrə minimum 1-3 (bir-üç) il iş təcrübəsinə malik olmalı;
  • Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
  • Müqavilələrlə iş təcrübəsi olmalı;
  • Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
  • Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dillərini bilməsi arzuolunandır;
  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı;
  • İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.