F

HVAC sistemləri üzrə baş mühəndis

Foton
Ə/h razılaşma ilə
1458
Tam iş günü
Bakı, Azərbaycan
10.10.2025 04:29 - 10.11.2025 12:00

İş haqqında məlumat

  • Təhkim olunduğu yaşayış və qeyri-yaşayış binalarında havalandırma, isitmə və soyutma sistemlərini yerli norma və standartlara uyğun layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq, profilaktik baxımını təşkil etmək;
  • Havalandırma, isitmə və soyutma sistemlərinin ilkin layihələndirilməsində və təşkilində iştirak etmək, layihə tapşırıqlarının hazırlanmasını və təqdim edilməsini təmin etmək;
  • Quraşdırma və istismar standartlarına uyğun geniş texniki hesablamalar aparmaq, avadanlıqların seçilməsini və parametrlərinin düzgün hesablanmasını təmin etmək; (soyutma/isitmə gücü, hava miqdarı və texniki göstəricilər)
  • Sənaye və digər binalarda HVAC sistemlərinin quraşdırılması, dizaynı və təkmilləşdirilməsi işlərini həyata keçirmək;
  • Layihələndirilmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələndirilmə proqramlarından istifadə etmək;
  • Layihə sənədlərinin texniki şərt və normalara uyğunluğunun yoxlanılması;
  • Avadanlıqların yükünün (gücünün və ya məhsuldarlığının) hesablanması və avadanlıqların seçilməsi , layihələrin hazırlanması , smetaların tərtibi və layihə nəzarətinin həyata keçirilməsi;
  • Obyektlərdə podratçılarla texniki məsələlərlə bağlı görüşlərin keçirilməsi və sifarişçilərin istək və tələblərinə uyğun layihələrin hazırlanması;
  • Müxtəlif müayinə, sınaq cihazları və alətləri vasitələri ilə sistemin (elementlərin) işçi göstəricilərinin yoxlanılması, nasazlıqların və kənarlaşmaların aşkarlanması;
  • İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi;
  • İsitmə-soyutma, hava tədarükü sistemlərin (avadanlıqların) əvəzlənməsi üçün texniki tələblərin müəyyən edilməsi və lazım olduqda alternativ təkliflərin verilməsi;
  • Avadanlıqların düzgün işləməsini təmin etmək üçün bütün problemləri vaxtında aşkarlayıb  daxili resusların və yaxud  3-cü tərəflərin hesabına  operativ həll etmək;
  • Tikinti sahəsində layihə-smeta sənədlərinə uyğun olaraq obyektlərdə işlərin gedişatına nəzarət etmək və görülən işlərin faktiki uyğunluğunu yoxlamaq;
  • Layihələrin yerinə yetirilməsində istifadə olunan normativlərə, SNiP və digər texniki sənədlərə riayət olmasını təmin etmək;
  • Texniki hesabatların hazırlanması, obyektdə görülən işlərin və layihə sənədlərinin idarə edilməsi;
  • AutoCAD, Revit, MS Office və xüsusi mühəndis proqramlarından istifadə edərək layihə rəsmlərinin və hesabatlarının hazırlanması;
  • Komandada işləmə, işin planlaşdırılması və layihə idarəetməsində fəal iştirak;
  • Layihələrin vaxtında yekunlaşdırılması və müvafiq dövlət orqanlarında ekspertiza üçün təqdim edilməsi.

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı; 
  • Könüllü tibbi siğorta; (ailə paketi)
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

İş şəraiti:

  • İş rejimi: 5 günlük ;
  • İş yeri: Bakı şəhəri;
  • İşçi telefon danışığı ilə təmin edilir.

CV-lərinizi  “HVAC sistemləri üzrə baş mühəndis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

Tələblər

  • Müvafiq sahə üzrə minimum 7 il iş təcrübəsi;
  • Müvafiq sahədə ali təhsil;
  • VRF (VRV), Çiller, Qazanxana və havalandırma sistemləri üzrə biliklərin olması;
  • Danışıq səviyyəsində ingilis dili biliyi; (rus dili biliyi üstünlükdür);
  • MS Office proqramları biliyi;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı.


Oxşar vakansiyalar