Yeddi Gözəl Hotel Gabala

İaşə şöbəsinin meneceri (F&B manager)

Ə/h razılaşma ilə
2680
Tam iş günü
Qəbələ, Azərbaycan
25.04.25 - 25.05.25

İş haqqında məlumat

  • Otelin/restoranın iaşə (qida və içki) bölmələrinin gündəlik fəaliyyətinə nəzarət etmək;
  • Büdcənin hazırlanması, xərclərin optimallaşdırılması və gəlirlərin artırılması istiqamətində fəaliyyət göstərmək;
  • Komanda üzvlərinin işini təşkil və koordinasiya etmək, iş qrafiklərini tərtib etmək;
  • Müştəri məmnuniyyətini təmin etmək və xidmət keyfiyyətini yüksək səviyyədə saxlamaq;
  • Menyu planlaşdırması, məhsul sifarişləri və anbar nəzarətini həyata keçirmək;
  • Təchizatçılarla əməkdaşlıq etmək və sərfəli alış şərtlərini təmin etmək;
  • Gigiyena və təhlükəsizlik standartlarına riayət olunmasına nəzarət etmək;
  • Təlimlər və performans dəyərləndirmələri vasitəsilə heyətin inkişafına töhfə vermək;
  • Həftədə 6 gün, növbəli cədvələ uyğun iş qrafiki, 1 gün istirahət;
  • İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
  • İş vaxtı qidalanma şirkət tərəfindən təmin edilir;
  • İş yeri: Qəbələ şəhərində yerləşir.

Tələblər

  • Cinsi: Kişi;
  • Təhsil: Ali;
  • Yaş: 25 - 40;
  • Müvafiq sahə üzrə rəhbər vəzifələrdə minimum 1 il iş təcrübəsi; 
  • Təşkilatçılıq və inzibati bacarıqlar;
  • İctimai iaşə xidmətlərinin göstərilməsi qaydalarını bilməli;
  • Müştərilər ilə peşəkar ünsiyyət qurma bacarığı;
  • Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı ( rus dili üstünlükdür);
  • Komandada işləmək bacarığı;
  • Diqqətli, məsuliyyətli və cəld olmalı.


Oxşar vakansiyalar