ŞŞ
İcarələr üzrə aparıcı mütəxəssis
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
Ə/h razılaşma ilə
944
Tam iş günü
Şuşa,
Azərbaycan
10.10.2025 10:48
-
10.11.2025 12:00
İş haqqında məlumat
- Şuşa şəhərinin ərazisində yerləşən və İdarənin balansına verilmiş dövlət mülkiyyətində olan abidələrin (dünya əhəmiyyətli abidələr istisna olmaqla), tikililərin (o cümlədən dövlət mənzil fonduna daxil olan tikililərin), yaşayış və qeyri-yaşayış sahələrinin təyinatları üzrə səmərəli istifadəsinin təmin edilməsi məqsədilə onların icarəyə verilməsini həyata keçirmək;
- İcarəçilərlə icarə şərtlərini müzakirə etmək və icarə müqavilələrini hazırlamaq;
- Müvafiq fəaliyyət üzrə debitor borclara nəzarət etmək;
- Abidələrin mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə abidələrin qorunmasına dair mühafizə müqavilələri bağlanılması prosesində Tarixi-mədəni irsin idarə olunması, qorunması şöbəsinin mütəxəssisləri ilə birlikdə iştirak etmək;
- İcarə obyektini tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında icarəçiyə təqdim etmək;
- İcarə obyekti təhvil verildiyi zaman icarə obyektinin bütün çatışmazlıqları barədə icarəçini xəbərdar etmək;
- İcarə müqaviləsinə xitam verilməsi ilə əlaqədar icarəçi ilə təhvil-təslim aktı imzamaq;
- Rübdə bir dəfə icarə obyektinin istismar vəziyyətinin icarə müqaviləsinin şərtlərinə və tələblərinə uyğun olmasını yoxlamaq;
- Mülkiyyətində, istifadəsində və ya icarəsində abidələrin olduğu fiziki və ya hüquqi şəxslər tərəfindən abidələrin qorunması və ya mühafizə müqavilələrinin şərtlərinə əməl edilməsi vəziyyətini yoxlamaq məqsədilə Tarixi-mədəni irsin idarə olunması, qorunması şöbəsi tərəfindən abidələrdə keçirilən monitorinq prosesində iştirak etmək;
- Əmlakın idarə olunması və istifadəsinə dair məlumat bazasının (reyestrinin) yenilənməsini təmin etmək;
- Görülmüş işlərin uçotunu aparmaq, həftəlik, aylıq, rüblük, illik hesabatlar hazırlamaq;
- Rəhbərliyin tapşırığı ilə öz ixtisası çərçivəsində digər işləri yerinə yetirmək.
Namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur:
Tələblər
- Təhsil: Ali təhsil (humanitar ixtisaslar üzrə);
- Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi sistemindən istifadəni bilməlidir;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi və icarə haqqında qanunvericilik üzrə biliklərə malik olmalıdır;
- Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
- Azərbaycan dilini mükəmməl (yazılı və şifahi) bilməlidir;
- Məsuliyyətli və dəqiq olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
- Kompüter bilikləri üzrə: MS Office proqramları;
- İş təcrübəsi: uyğun sahədə 1 il iş təcrübəsi.