İctimaiyyətlə əlaqələr departamenti-Mütəxəssis
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi
Ə/h razılaşma ilə
349
Tam iş günü
Bakı,
Azərbaycan
14/11/2025
-
14/12/2025
İş haqqında məlumat
- Media ilə əlaqələrin qurulması və idarə olunması;
- Rəsmi çıxışlar, press-relizlər və digər məlumat xarakterli materialların hazırlanması və yayılması;
- Sosial media və rəqəmsal kommunikasiya məzmunlarının hazırlanması, paylaşılması və izlənilməsində iştirak;
- İctimai rəyin, media və sosial media fəaliyyətinin monitorinqi və analizi, PR hesabatlarının hazırlanması;
- ASCO-nun fəaliyyəti ilə bağlı foto və videomaterialların hazırlanmasında iştirak;
- Öz sahəsinə aid müqavilələrin icrasına nəzarət;
- İctimaiyyətlə əlaqələr layihələrinin planlaşdırılması və icrasında iştirak;
- İctimaiyyətlə əlaqələr departamentinin rəisi tərəfindən verilən digər aidiyəti tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- İctimaiyyətlə əlaqələr,jurnalistika və ya kommunikasiya sahəsi üzrə ali təhsil
- Kommunikasiya və ya PR sahəsində minimum 3 illik iş təcrübəsi
- Komanda ilə işləmək bacarığı,özünü inkişaf etdirmək,məqsədyönlülük və nəticəyə meyillilik,stressə qarşı dözümlülük,nizam-intizam,müstəqil işləmək bacarığı
- Göstərilən tələblərə uyğun gələn namizədlərlə vakansiyaya müraciət zamanı qeyd etdikləri elektron poçt (e-mail) vasitəsi ilə əlaqə saxlanılacaqdır.