Aqrar Tədarük və Təchizat

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis

Aqrar Tədarük və Təchizat
Ə/h razılaşma ilə
598
Tam iş günü
Bakı, Azərbaycan
24/06/2026 - 08/07/2026

İş haqqında məlumat

  • Müəssisənin ictimaiyyətlə əlaqələr strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Press-relizlər, açıqlamalar, müsahibələr, məqalələr, çıxış mətnləri və digər kommunikasiya materiallarını hazırlamaq;
  • Kütləvi informasiya vasitələri ilə əlaqələri qurmaq və davam etdirmək, media sorğularını cavablandırmaq;
  • Müəssisənin rəsmi internet səhifəsi və sosial media platformaları üçün məzmun hazırlanmasında iştirak etmək;
  • Müəssisənin fəaliyyəti ilə bağlı mediada yayımlanan məlumatları izləmək, təhlil etmək və hesabatlar hazırlamaq;
  • İctimai tədbirlərin, konfransların, sərgilərin, brifinqlərin və digər tədbirlərin təşkili və koordinasiyasında iştirak etmək.

İş rejimi:

  • 5 günlük iş qrafiki
  • İş saatı 09:00-18:00-dək
  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

Tələblər

  • Ali təhsil (Jurnalistika, İctimaiyyətlə əlaqələr, Kommunikasiya, Filologiya, Marketinq və ya digər uyğun ixtisaslar üzrə);
  • İctimaiyyətlə əlaqələr, korporativ kommunikasiya, media, jurnalistika və kontent yaradılması üzrə ən azı 3 il müvafiq iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, ingilis dillərini bilmək üstünlükdür;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Press-reliz, xəbər, məqalə və digər kommunikasiya materiallarının hazırlanması bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • “Adobe Premiere Pro” və mobil video montaj tətbiqləri ilə işləmək bacarığının olması arzuolunandır;
  • Komandada işləmək, təşəbbüskarlıq və yüksək məsuliyyətlilik.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun