İdxal-ixrac Əməliyyatları üzrə Kiçik Mütəxəssis - Deklarant
Veysəloğlu Şirkətlər Qrupu
Ə/h razılaşma ilə
533
Tam iş günü
Bakı,
Azərbaycan
25/02/2026
-
11/03/2026
İş haqqında məlumat
- Şirkətlər üzrə öncəki günün rəsmi, qeyri-rəsmi xırda məsrəflər və gömrük kartı vasitəsilə aparılan ödənişlərinin qeyd olunduğu təhtəl hesabatlarını hazırlamaq;
- Sənədlərin müvafiq şirkət mühasibatlığına təqdim edilməsini təmin etmək;
- Hər bir müəssisə və struktur üzrə öncəki günün qalıq vəsaitinin şirkətin kassasına təhvil verilməsi və həmin gün üçün müvafiq maliyyə strukturu tərəfindən hesablanılan vəsaitin kassadan məxaric olunmasını təmin etmək;
- Dəmiryol idarəsində hər gün vaqonlar üzrə sənədləri (invoys, mənşə sertifikatı, eksport, packing list və s.) qəbul edərək müvafiq prosesləri icra etmək;
- Yüklər üzərində gələn CMR-lərin əslini bəyannamələrə tikmək, yüklərin yerində baxılması üçün bəyannamələri müvafiq struktura təqdim etmək və terminal üzrə (qaraj, dispetçer, həkim, növbətçi, əlavə gün) xərclərinin ödənilməsini, hər bəyannaməyə uyğun yüklərin yoxlanılması və maşınların möhürlənməsini təmin etmək və müvafiq yüklərin aidiyyatı strukturlara göstərilməsini təmin etmək;
- Gömrükdə qalan yüklərin səbəblərini araşdırmaq və aidiyyatı strukturlara məlumat vermək.
- Qısa İdxal Bəyannaməsini tərtib etmək;
- İdxal Gömrük Bəyannaməsinin hazırlanması;
- İxrac Gömrük Bəyannaməsinin hazırlanması;
Əmək haqqı: Müsahibə əsasında təyin edilir
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ödənişi.
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Tələblər
- Ali Təhsil;
- Müvafiq sahədə ən az 1 il iş təcrübəsi,
- MS Office proqramları yaxşı səviyyədə,
- Analitik düşünmə bacarığı,
- Komanda ilə işləmə bacarığı,
- İşində məsuliyyətli, diqqətli və nəticəyönümlü olmalıdır
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.