Bakı,
Azərbaycan
25/11/2025
-
25/12/2025
İş haqqında məlumat
- Fiziki şəxslərə və şirkətlərə məxsus yüklərin gömrük rəsmiləşdirilməsini icra etmək, tələb olunan bütün sənədləri düzgün şəkildə hazırlamaq və prosesə nəzarət etmək;
- Rəhbərliyin verdiyi tapşırıqları dəqiq, məsuliyyətli və vaxtında yerinə yetirmək;;
- Gömrük sənədlərinin təsdiq olunması, yoxlanılması və sistemə düzgün şəkildə daxil edilməsini təmin etmək;
- Problematik yüklərlə bağlı yaranan məsələlərin operativ şəkildə həll edilməsi, çətinlik yaradan müştərilərlə düzgün kommunikasiya qurmaq və situasiyanı idarə etmək;
- Müştərilərə öz yüklərini düzgün şəkildə bəyan (deklarasiya) etmələri üçün dəstək göstərmək, onları proses barədə məlumatlandırmaq və tələb olunan addımlarda istiqamətləndirmək;
- Logistika, gömrük brokerləri və digər tərəfdaşlarla koordinasiyalı şəkildə işləmək, proseslərin vaxtında və düzgün aparılmasını təmin etmək;
- Yüklərin izlənməsi, statuslarının yenilənməsi və müştərilərə operativ məlumat verilməsi;
- Gömrük qaydaları, idxal-ixrac prosedurları və qanunvericilikdəki yenilikləri izləmək və iş prosesində tətbiq etmək;
- Hesabatların hazırlanması, sistemdə məlumatların yenilənməsi və rəhbərliyə mütəmadi olaraq təqdim edilməsi.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Tələblər
- Bəy namizəd;
- Aidiyyatı sahə üzrə 2 il iş təcrübəsi;
- Azərbaycan dilini əla, Rus və İngilis dillərini yaxşı səviyyədə bilmək;
- MS Office (Word, Excel, Power Point) bilikləri;
- Ali təhsil;
- Yüksək kommunikasiya bacarığı;
- Komandada işləmə bacarığı;
- Xidmət sahəsində təcrübəli.