BSC Consulting & Outsourcing Company

İdxal üzrə Koordinator

BSC Consulting & Outsourcing Company
Ə/h razılaşma ilə
1417
Tam iş günü
Bakı, Azərbaycan
29.07.2025 11:07 - 29.08.2025 12:00

İş haqqında məlumat

  • Xarici tədarükçülərlə və gömrük brokerləri ilə əməkdaşlığı təşkil etmək;
  • İdxal prosesində iştirak edən tərəflər (nəqliyyat şirkətləri, brokerlər, dövlət qurumları və s.) arasında əlaqələndirici rol oynamaq;
  • İdxal əməliyyatları üçün lazım olan sənədlərin (faktura, yükləmə siyahısı, mənşə sertifikatı, gömrük bəyannaməsi və s.) tam və düzgün şəkildə hazırlanmasını təmin etmək;
  • Gömrük rəsmiləşdirilməsi prosesini izləmək və sənədlərin vaxtında təqdim edilməsinə nəzarət etmək;
  • Daşınma və çatdırılma proseslərinə nəzarət edərək logistikanın effektiv idarə olunmasını təmin etmək;
  • Gömrük və idxal qaydalarındakı dəyişiklikləri izləmək və rəhbərliyi bu barədə məlumatlandırmaq;
  • Malların anbara daxil olması prosesini təşkil etmək və əlaqəli şöbələrlə koordinasiya aparmaq.

Tələblər

  • Beynəlxalq ticarət və gömrük qanunvericiliyi haqqında biliklər;
  • Logistika və idxal əməliyyatları üzrə təcrübə;
  • Gömrük sənədlərinin hazırlanması və idxal prosedurları üzrə təcrübə;
  • Xarici dil bilikləri (İngilis, Rus və ya digər müvafiq dillər üstünlükdür);
  • Detallara diqqət və təşkilatçılıq bacarığı;
  • Problem həll etmə və analitik düşünmə qabiliyyəti;
  • Danışıqlar aparmaq və sənədlərlə işləmək bacarığı;
  • MS Office və idxal proseslərinə dair proqram təminatlarını bilmək.