Bakı,
Azərbaycan
13/11/2025
-
13/12/2025
İş haqqında məlumat
- Müştəriləri ikinci əl avtomobillər haqqında məlumatlandırmaq, onların tələblərinə uyğun avtomobil seçimini təmin etmək;
- Avtomobillərin texniki vəziyyəti, yürüşü, təmir tarixi və digər göstəriciləri barədə düzgün məlumat vermək;
- Müştəri ilə ilkin danışıqların aparılması, baxış prosesinin təşkili və satışın rəsmiləşdirilməsi;
- 1C proqramına satış əməliyyatlarının düzgün daxil edilməsi, avtomobilin təhvil-təslim prosesində iştirak və müvafiq sənədlərin hazırlanması;
- Müştəri məmnuniyyətinin qorunması və uzunmüddətli əməkdaşlıq münasibətlərinin yaradılması;
- İkinci əl avtomobil bazarındakı qiymət dəyişikliklərinin və bazar dinamikasısının izlənilməsi, mütəmadi analizlərin aparılması.
Əlavə məlumatlar
- Həftədə 5 iş günü;
- Əmək haqqı: 700 AZN və bonus
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “İkinci əl avtomobil satışı üzrə satıcı-məsləhətçi” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələblər
- Ali təhsil;
- Avtomobil satışı sahəsində minimum 3 il iş təcrübəsi (ikinci əl avtomobil satışı sahəsində təcrübə üstünlükdür);
- Avtomobil modelləri, markaları və texniki xüsusiyyətləri barədə bilik;
- Satış və danışıqlar aparmaq bacarığı;
- Ünsiyyətcil, inandırıcı və məsuliyyətli;
- Azərbaycan dili səlis, ingilis və ya rus dili arzuolunandır;
- Aktiv satış yönümlü düşüncə tərzi.