ROOF Academic Training

İmtahan Koordinatoru

ROOF Academic Training
Ə/h razılaşma ilə
280
Tam iş günü
Bakı, Azərbaycan
04.07.2025 15:15 - 04.08.2025 12:00

İş haqqında məlumat

İmtahan Koordinatoru, Roof Academy İmtahan mərkəzində -müxtəlif növ şirkətdaxili , korporativ imtahanların düzgün və səmərəli şəkildə keçirilməsini təmin edən əsas şəxsdir. Bu vəzifə aşağıdakı məsuliyyətləri əhatə edir:

İmtahanların Təşkili və Keçirilməsi:

  • Satış komandası və kordinatorlar tərəfindən  təyin edilmiş imtahan vaxtlarının  və tarixlərinin  sistem üzərindən yoxlanılması və müvafiq siyahıya uyğun   olaraq komputerlərin öncədən sazlanması;
  • İmtahan otaqlarının hazırlanması və tələbələrin qəbul edilməsi;
  • İmtahanın əvvəlində tələbələrə qaydaların izah edilməsi və onlara rəhbərlik edilməsi;
  • İmtahanın gedişatında tələbələrin müşahidə edilməsi və qaydalara riayət   etmələrinin təmin edilməsi;
  • İmtahan sistemi üzrə hər hansı problem yaranarsa menecere melumat  verilməsi  və müvafiq tədbirlərin görülməsində iştirak edilməsi.

Nəticələrin Qeydiyyatı və Təhlili:

  • İmtahan nəticələrinin düzgün formada sistemə qeyd olunması;
  • Həftə sonu keçirilən sınaq imtahanlarının təşkili və nəzarət;
  • İmtahan Materiallarının Təhlükəsizliyi və Məxfiliyi;
  • İmtahan materiallarının təhlükəsizliyinin və məxfiliyinin təmin edilməsi;
  • İmtahan materiallarının düzgün, tam və standartlara uyğun şəkildə sistemə  yerləşdirilməsi.

Gündəlik Hesabatların Hazırlanması:

  • Gün ərzində keçirilmiş imtahanlarla bağlı gün sonunda hesabatların  hazırlanması və menecere təqdim edilməsi.

İş Rejimi:

  • İş saatları: İkili iş qrafikidir. 9-6 və 12-9 iş qrafikidir. Hər iki qrafikə uyğunluq tələb olunur;
  • Əməkhaqqı 400-500 AZN.

Tələblər

  • Minimum 6 ay təcrübə (üstünlükdür);
  • İngilis dili biliyi (üstünlükdür);
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • Dəqiq və diqqətli olmaq;
  • Operativ və çevik olmaq;
  • Komanda ilə işləmək bacarığı;
  • Gərgin şəraitdə işləmək qabiliyyəti;
  • Yüksək məntiq və təfəkkür qabiliyyəti.