Gazelli Art House

İncəsənət qalereyasında direktor

Gazelli Art House
Ə/h razılaşma ilə
966
Tam iş günü
Bakı, Azərbaycan
02/04/2026 - 16/04/2026

İş haqqında məlumat

İş yeri: “Gazelli Art House Baku” Lev Tolstoy küç. 172

“Gazelli Art House Baku” diqqətli və təşkilatçı bir mütəxəssisi komandaya dəvət edir. Bu şəxs qalereyaya sərgilərin və tədbirlərin hazırlanması və keçirilməsində dəstək göstərəcək. Vəzifə həm inzibati tapşırıqları, həm də bədii prosesdə fəal iştirakı birləşdirir: sənət əsərləri ilə işləmək və onların sənədləşdirilməsindən tutmuş texniki sorğuların əlaqələndirilməsinə qədər. 

Biz sənət əsərləri ilə işləyəcək, art-hendrlə əməkdaşlıq edəcək, sərgilərin və tədbirlərin təşkilinə kömək edəcək, həmçinin qalereyanın yaradıcı və inzibati həyatına töhfə verəcək bir şəxsi axtarırıq.”

Vəzifə öhdəlikləri:

  • Qalereyanın ümumi fəaliyyətinə rəhbərlik etmək və strateji inkişaf planlarını hazırlamaq
  • Sərgilərin təşkili, kuratorlarla və rəssamlarla əməkdaşlığın qurulması
  • Marketinq və PR fəaliyyətlərini idarə etmək, qalereyanın tanıtımını gücləndirmək
  • Maliyyə planlaması və büdcəyə nəzarət etmək
  • Ziyarətçi təcrübəsini yaxşılaşdırmaq və auditoriyanı genişləndirmək
  • Yerli və beynəlxalq incəsənət layihələrində qalereyanı təmsil etmək

İş şərtləri: 

  • Azərbaycan Respublikası əmək məcəlləsinə əsasən sənədləşmə
  • Korporativ nömrə 
  • İş rejimi: Çərşənbə axşamı – Şənbə günü (Bazar - Bazar ertəsi qeyri-iş günü), 
  • İş vaxtı: 11:00-20:00 
  • Nahar şirkət tərəfindən qarşılanır
  • Əmək haqqı: müsahibə əsasında təyin ediləcəkdir.

Təklif edirik:

  • Rəqabətli əməkhaqqı
  • Yaradıcı və dinamik iş mühiti
  • Peşəkar inkişaf imkanları
  • Beynəlxalq layihələrdə iştirak imkanı

Tələblər

  • İncəsənət, mədəniyyət idarəçiliyi və ya əlaqəli sahədə ali təhsil
  • Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi (rəhbər vəzifədə olması üstünlükdür)
  • İncəsənət bazarı və müasir sənət tendensiyaları haqqında bilik
  • Güclü liderlik və təşkilatçılıq bacarıqları
  • Azərbaycan dili sərbəst, ingilis dili biliyi arzuolunandır
  • Ünsiyyət və təqdimat bacarıqları yüksək səviyyədə
  • Dil biliyi: Azərbaycan, Rus və İngilis dili;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.