İş haqqında məlumat
İş yeri: “Gazelli Art House Baku” Lev Tolstoy küç. 172
“Gazelli Art House Baku” diqqətli və təşkilatçı bir mütəxəssisi komandaya dəvət edir. Bu şəxs qalereyaya sərgilərin və tədbirlərin hazırlanması və keçirilməsində dəstək göstərəcək. Vəzifə həm inzibati tapşırıqları, həm də bədii prosesdə fəal iştirakı birləşdirir: sənət əsərləri ilə işləmək və onların sənədləşdirilməsindən tutmuş texniki sorğuların əlaqələndirilməsinə qədər.
Biz sənət əsərləri ilə işləyəcək, art-hendrlə əməkdaşlıq edəcək, sərgilərin və tədbirlərin təşkilinə kömək edəcək, həmçinin qalereyanın yaradıcı və inzibati həyatına töhfə verəcək bir şəxsi axtarırıq.”
Vəzifə öhdəlikləri:
- Qalereyada təqdim olunan incəsənət əsərlərinin satışını həyata keçirmək
- Müştərilərlə aktiv ünsiyyət qurmaq və onların ehtiyaclarını müəyyən etmək
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının genişləndirilməsi
- Satış planlarının hazırlanması və icrasına nəzarət
- Sərgilər və tədbirlər zamanı satış prosesinin təşkili
- Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əlaqələrin qurulması
- Satış hesabatlarının hazırlanması
İş şərtləri:
- Azərbaycan Respublikası əmək məcəlləsinə əsasən sənədləşmə
- Korporativ nömrə
- İş rejimi: Çərşənbə axşamı – Şənbə günü (Bazar - Bazar ertəsi qeyri-iş günü),
- İş vaxtı: 11:00-20:00
- Nahar şirkət tərəfindən qarşılanır
- Əmək haqqı: müsahibə əsasında təyin ediləcəkdir.
Təklif edirik:
- Rəqabətli əməkhaqqı və bonus sistemi
- Yaradıcı və dinamik iş mühiti
- Peşəkar inkişaf imkanları
- Maraqlı layihələrdə iştirak imkanı
Tələblər
- Satış sahəsində minimum 2–3 il iş təcrübəsi (incəsənət sahəsində təcrübə üstünlükdür)
- Ünsiyyət və təqdimat bacarıqları yüksək səviyyədə
- Müştəriyönümlü yanaşma və satış bacarıqları
- Azərbaycan dili sərbəst, rus və ingilis dili biliyi üstünlükdür
- MS Office proqramlarında işləmək bacarığı
- İncəsənətə maraq və əsas biliklər arzuolunandır
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.