İnformasiya Texnologiyaları üzrə aparıcı mütəxəssis
Medco Hospital
Ə/h razılaşma ilə
1346
Tam iş günü
Bakı,
Azərbaycan
22/05/2026
-
05/06/2026
İş haqqında məlumat
İnformasiya texnologiyaları sistemlərinin fasiləsiz, təhlükəsiz və effektiv işləməsini təmin etmək, məlumatların məxfiliyini və informasiya təhlükəsizliyini qorumaq məqsədi ilə İnformasiya Texnologiyaları üzrə aparıcı mütəxəssis vakansiyası aktivdir.
Vəzifə öhdəlikləri:
- İT arxitekturasının (LAN/WAN, server, məlumat mərkəzi) layihələndirilməsi, qurulması və fasiləsizliyinin təmin edilməsi;
- Gündəlik İT əməliyyatlarını avtomatlaşdırmaq və müxtəlif sistemlər (XİS/HIS, LIS, PACS) arası inteqrasiyanı təmin etmək üçün skriptlərin (Python, PowerShell və s.) və xüsusi proqram təminatlarının yazılması;
- Helpdesk sisteminin idarə edilməsi, eskalasiya olunmuş mürəkkəb (Tier 3) şəbəkə, proqram və avadanlıq problemlərinin dərindən analizi və yerində/uzaqdan sürətli həlli;
- Məlumatların məxfiliyini qorumaq üçün informasiya təhlükəsizliyi qaydalarına riayət etmək və məlumatların mütəmadi nüsxələnməsini (backup) həyata keçirmək;
- Təhlükəsizlik kameraları, daxili telefon (IP telefoniya) və digər kommunikasiya sistemlərinin nəzarətdə saxlanması;
- Ehtiyac olduqda yeni İT avadanlıqlarının və ya proqram təminatlarının alınması prosesində arxitekturaya uyğun texniki tələbləri müəyyənləşdirmək.
Təklif edirik:
- Peşəkar və mehriban kollektiv;
- Karyera inkişafı imkanı;
- İşçinin özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Stabil rəqabətli əmək haqqı
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 75A
- İş qrafiki: 5 gün (09:00-18:00)
- Rəqabətli əmək haqqı
Tələblər
- Ali təhsil (İT, Kompüter elmləri və ya əlaqəli sahə üzrə);
- İnformasiya Texnologiyaları, Kompüter mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil.
- İT sahəsində (arxitektura dizaynı, sistem idarəetməsi və mürəkkəb texniki dəstək) ən azı 5-7 il iş təcrübəsi.
- Şəbəkə avadanlıqları (router, switch, firewall) və protokollarla dərindən işləmə bacarığı.
- Server (Windows Server, Linux), virtualizasiya (VMware/Hyper-V) və əməliyyat sistemlərinin dərindən idarə edilməsi.
- Sistemlərarası inteqrasiya və proseslərin avtomatlaşdırılması üçün proqramlaşdırma/skriptinq bilikləri.
- Texniki nasazlıqları müstəqil şəkildə analiz etmə və gərgin iş rejimində sürətli qərar vermə qabiliyyəti.
- Məsuliyyətli, analitik düşüncəli və komanda ilə effektiv işləmə bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.